Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO

Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO

Hazırda oxunan: Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO
609621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabran rayonunda martın 28-də və 4-5 aprel tarixlərində yağan güclü leysan yağışları və sel rayonun yol-körpü təsərrüfatına ciddi ziyan vurub.

Bizim.Media-ya daxil olan məlumata görə, təbii fəlakət nəticəsində kənd yollarında sürüşmələr və körpü uçmaları qeydə alınıb.
 

Zərər görən ərazilərdən biri də Xəlfələr kəndidir. Dəvəçiçaya gələn güclü sel kəndin mərkəzindən keçən piyada körpüsünü yuyub aparıb. Nəticədə kənd iki hissəyə bölünüb və yaşayış məntəqəsinin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.


Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, son 25 gün ərzində rayonda müşahidə olunan güclü sel ümumilikdə 11 körpünü dağıdıb.

Qurumdan verilən məlumata görə, hazırda 5 magistral körpü bərpa olunub. Digər 6 kənd körpüsünün bərpası istiqamətində isə intensiv iş aparılır.

Bor-Bor-Padar kənd körpüsü artıq bərpa edilib. Digər 5 kənd körpüsünün, o cümlədən Xəlfələr kəndindəki piyada körpüsünün də bərpası planlaşdırılır.

Bildirilib ki, yaşayış məntəqələrinə gedən əsas körpülərin bərpasından sonra Xəlfələr kəndinin piyada körpüsü də təmir ediləcək.



Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO - foto 1
Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO - foto 2
Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO - foto 3
Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO - foto 4
Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO - foto 5

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO