Xankəndidə sərnişinlər ictimai nəqliyyatda NFC və QR ödəniş sistemindən istifadə edəcək – FOTO

Xankəndidə sərnişinlər ictimai nəqliyyatda NFC və QR ödəniş sistemindən istifadə edəcək – FOTO

Hazırda oxunan: Xankəndidə sərnişinlər ictimai nəqliyyatda NFC və QR ödəniş sistemindən istifadə edəcək – FOTO

609614

25 aprel tarixindən etibarən Xankəndi şəhərində ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinin tətbiqinə başlanılır.

Bizim.Media xəbər verir ki, “K-Group” MMC tərəfindən həyata keçirilən yeniliyə əsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödəniş imkanlarından istifadə edə biləcəklər.
 

Layihə çərçivəsində şəhər ərazisində “CityCard” və “MilliÖn” terminalları quraşdırılacaq, eyni zamanda sərnişinlər üçün “BakıKart”, “CityCard-Qarabağ” kartlarının istifadəsi təmin ediləcək.


İlkin mərhələdə sistem 3 marşrut xətti üzrə fəaliyyət göstərəcək. 1, 2 və 3 nömrəli xətlər üzrə ümumilikdə 10 avtobus sərnişinlərin istifadəsinə veriləcək. İstifadəçilər “BakıKart” və “CityCard-Qarabağ” kartlarının balansını “Birbank”, “M10” və “BakıKart” mobil tətbiqi vasitəsilə asanlıqla artıra biləcəklər. Bununla yanaşı, QR kod vasitəsilə balans yüklənməsi də mümkün olacaq.

Tətbiq olunan bu yenilik sərnişinlər üçün ödəniş prosesini daha sürətli və rahat etməklə yanaşı, şəhərdə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və müasir rəqəmsal həllərin genişləndirilməsinə xidmət edir.

Layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və “BakuBus” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“CityCard-Qarabağ” kartı ilə bağlı əlavə məlumat üçün *4343 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki,  hər bazar ertəsi ilk gediş haqqının 1 qəpik olaraq hesablandığı  “1 qəpik Mondays” kampaniyası Xankəndiyə də şamil olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO