
- A-
- A
- A+
Повестка дня
11:27 / 03.08.2015
4 dəq oxunma
“Hafka”x9d müsadirə təhlükəsinə görə əmlaklarını “əridir”x9d
Hazırda oxunan: “Hafka”x9d müsadirə təhlükəsinə görə əmlaklarını “əridir”x9d
88820
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Müflis elan edilən “Baghlan Group”x9dun tərkibinə daxil olan “Firs Class Tuors”x9d və “Meredian Hotel”x9d “yoxa çıxıb”x9d; Virgin adaları məhkəməsinin qərarının icra edilə bilməməsi beynəlxalq qalmaqal yarada bilər
Borc qalmaqallarından heç cür qurtula bilməyən iş adamı Hafiz Məmmədov “Baghlan Group Limited”x9di də itirir. Xəbər verildiyi kimi, iyulun 29-da Şərqi Karib Ali Məhkəməsi (Britaniyanın Virgin adaları) müflis olması ilə bağlı “Baghlan Group Limited”x9d şirkətinin ləğv edilməsinə başlayıb. Məhkəmə “PricewaterhouseCoopers (BVI) Limited”x9d şirkətinin nümayəndəsi Con Ayresi təsviyyəçi təyin edib.
Bundan əvvəl Virgin adalarının Kommersiya Məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited”x9d şirkətinin “Baghlan Group Limited”x9də qarşı iddiasına baxılaraq, cavabdehin ödəmə qabiliyyətinin olmaması faktı təsdiq edilib.
Borcla bağlı tarix “Hafka”x9dnın nəqliyyat naziri Ziya Məmmədovla biznes şəriki olduğu vaxta təsadüf edir. xa0Belə ki, 2012-ci ildə “Baghlan Group”x9d “BNP Paribas Trust Corporation UK Limited”x9d şirkətinin iştirakı ilə Kayman fond birjasında $150 mln. məbləğində istiqrazlar yerləşdirib. Qiymətli kağızlar yüksək faizlə yerləşdirildiyindən (və ya cəlb olunan vəsaitin istifadəsinin səmərəsizliyindən) bir müddət sonra “Baghlan Group”x9d üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkib. “Baghlan”x9d 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib.
Halbuki iyun ayında istiqrazların tam ödənilməsi baş verməli idi. Azərbaycan qanunvericiliyinə görə, şirkətin müflisləşmə davası açılarkən, iddia tələbini yerinə yetirmək üçün cavabdehdə kifayət qədər pul vəsaiti və digər əmlak olmazsa, o zaman borc üzrə öhdəliklərin icrası üçün tələb olunan vəsait ona məxsus digər əmlaklara da yönəldilə bilər. Virgin adalarının qanunvericiliyi də Hafiz Məmmədova məxsus başqa ölkədəki əmlakın satışa çıxarılmasını istisna etmir.xa0
“Baghlan Group”x9d inşaat, nəqliyyat, yük daşımaları, hasilat və s. sahələrdə çalışır. Qrup milli bukmeyker kontoru olan “Topaz”x9d şirkətində də marağı olduğunu bildirir.
Bundan başqa, Hafiz Məmmədov biznesinin bir hissəsini oğlanları Sənan və Kənanın adına ötürüb. Şirkətlərin bir hissəsi “KSM Group of Companies”x9d adı altında birləşib. Qrupa gəmiçilik və yük daşımaçılığı, nəqliyyat, turizm, tikinti, idman, xidmət sahələrinə aid bir neçə şirkət (“Alfa Caspian Shipping”x9d, “Logestics group”x9d, “BQ trans”x9d, “City Bus”x9d, “Ramada Hotel & Suites Baku”x9d, “Baku fans”x9d, “Elit Catering”x9d, “Kono Pizza”x9d, “Candy Boquet”x9d və s.) daxildir. Əlavə olaraq qardaşlar “Bank of Azerbaijan”x9d ASC-yə birgə nəzarət edirlər.
Ləğvetmə işlərini aparmaq həvalə olunan C. Ayres bildirib ki, iyulun 29-dək kreditorlar öz tələblərini təqdim edəcəklər. Bir gün sonra isə PWC-nin Virgin adalarındakı ofisində ləğvetmə komissiyasının yaradılması məqsədilə kreditorların və onların nümayəndələrinin görüşü keçiriləcək. Qərarın qəbul edilməsi üçün borc sahiblərinin yarısının iştirakı tələb olunur.xa0
“Fitch Ratings”x9d beynəlxalq reytinq agentliyi hələ ötən il “Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş ”x9dLondon taksiləri"nin istismarına qədər bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group”x9dun defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb. Kreditorların konkret hansı qərar verdikləri barədə hələ ki məlumat yoxdur. Amma aydındır ki, “Baghlan Group”x9d hazırda borcunu ödəmək gücündə deyil və ləğv ediləcək. Beynəlxalq Bankdan götürdüyü kreditə görə həbs təhlükəsilə üzləşən və buna görə ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən “Hafka”x9dnın da hazırda harada olduğu bilinmir. Bir mənbəmizin iddiasına görə, iş adamı “problemlərini həll etmək”x9d adı ilə yenidən ölkəni tərk edib.xa0
“Baghlan Group Limited”x9d şirkətinin ləğv edilməsindən sonra borca görə “Hafka”x9dnın əmlaklarının satışa çıxarılması bir qədər problemli görünür.xa0
Şirkətin rəsmi saytında qısa araşdırmamız zamanı məlum oldu ki, “Baghlan Group Limited”x9din tərkibinə daxil olan xa0“Firs Class Tuors”x9d (//www.fct.az/) və “Meredian Hotel”x9d (//www.meridianhotel.az/) saytları bağlıdır. Mümkündür ki, xa0şirkətə aid bu markalar artıq “Baghlan Group Limited”x9din tərkibindən bilərəkdən çıxarılıb, bəlkə də başqa adamın adına artıq rəsmiləşdirilib də.xa0
Çünki ötən ilin oktyabr ayında “Nikoyl”x9d banka borca görə “Hafka”x9dnın “Milyonerlər məhəlləsi”x9dndəki (keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsi) villasının boşaldılması barədə məhkəmə qərarı çıxarılsa da, evin sahibinin başqa adam olduğu məlum olmuşdu. Qeyd edək ki, iş adamının həmin ərazidə bir yox, bir neçə villası var və böyük ehtimalla, yenə də öz adına rəsmiləşməyib. Bu səbəbdən də xa0Şərqi Karib Ali Məhkəməsinin çıxardığı qərarla “Hafka”x9dnın əmlaklarının müsadirəsi çətin olacaq. Bu isə yeni beynəlxalq qalmaqala səbəb ola bilər. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































