Sabiq millət vəkili, iş adamı Nazim Məmmədov öz biznes həyatını İranda inkişaf etdirmək niyyətindədir.
Bu barədə Moderator.az -a açıqlamasında Nazim Məmmədov özü deyib.
Onun sözlərinə görə, artıq iki ilə yaxındır ki, o öz biznes fəaliyyətini Təbriz yaxınlığında yerləşən Bonab sənaye və ticarət şəhərciyində qurub: “Artıq iki ildir ki, Bonabda “Cavid steel kompany”x9d şirkəti təsis etmişəm və bu müəssisə İran bazarına qısa zamanda daxil olaraq aktiv fəaliyət göstərməkdədir. Qısa zamanda özünə etibar qazanıb və özünəməxsus yer tutmaqdadır.”x9d
Öz biznesinin İrana köçürməsinin səbəbini açıqlayan sabiq millət vəkili deyib ki, bir neçə il bundan öncə “Baki Steel Kompany”x9d metal istehlakçılarına qarşı reyderlər təşkil etdi və bunun nəticəsində biz Azərbaycandakı istehsalımızı dayandırmaq zorunda qaldıq: “Biz müxtəlif dövlət qurumlarına, məhkəmələrə, hüquq-mühafisə orqanlarına müraciət etdik və bu müraciətlər nəticəsiz qaldı. Ona görə də biznes fəaliyyətini İrana köçürmək qərarına gəldim. Hazırda qısa zaman da olsa uğurlu biznes fəaliyyəti qura bilmişəm.”x9d
İrandakı gələcək biznes fəaliyyət planlarından danışan N. Məmmədov bildirdi ki, bu günlərdə bu ölkədə səfərdə olub və bir sıra niyyət protokolları imzalayıb: “Bu günlərdə İranda oldum və orada Rusiyanın “Voronejselmaş”x9d SC kimi kənd təsərrüfatı texnikası istehsal ilə məşğul olan müəssisə ilə birgə əməkdaşlıq sahəsində niyyət protokolu imzaladıq. Niyyət prokoluna əsasən İranın Ənzəli limanında 30 minlik toxum elevatoru ambarının, Bonab şəhərində isə 10 min tonluq elevator anbarının tikintisi, bundan əlavə olaraq sutkada gücü 200 tonluq olan un dəyirmanının tikintisi ilə bağlı niyyət protokolu imzalandı. Eyni zamanda müxtəlif növ kənd təsərrüfatı texnikasının istehsalı ilə bağlı olaraq lazer fotooptik texnologiyanın quraşdırılması nəzərdə tutulur. Yaxın zamanlarda yuxarıda dediyim bu layihələrin reallaşdırılmasına investisiya yatırılacaq.”x9d
N. Məmmədov bu layihələrin reallaşmasına İran və Rusiya dövlətinin xüsusi dəstəyinin olduğunu qeyd etdi.






























































































