- A-
- A
- A+
Tanınmış tarixçi kənd adlarının dəyişdirilməsinə etiraz etdi
Məlum olduğu kimi, bugünlərdə bəzi kəndlərin adında dəyişiklik edilib. Lakin bu dəyişiklik cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.
Moderator.az xəbər verir
ki, kənd adlarının dəyişdirilməsi AMEA-nın Tarix İnstitunun aparıcı elmi
işçisi, tanınmış pedaqoq və tarixçi Dilavər Əzimlinin kəskin etirazına səbəb
olub. Görkəmli tarixçi kənd adlarına bu şəkildə müdaxiləni əsl təhlükə kimi
qiymətləndirib:
“Dəyişdirilən bəzi kəndlərin adları bizim üçün anlaşılmaz oldu. Düzü, təəccübləndim.
Bu adları kim fikirləşib. Hörmətli tarixçilər, niyə səsiniz çıxmır? Cəlilabadda
Kövüzbulaq, Badamağac kəndlərinin adlarının dəyişdirilməsi kimlərin maraqlarına
xidmət edir? O biri rayonlarda Cəyirli, Şıxlar kəndlərinin adlarının dəyişdirilməsi
düzgündürmü? Mən özüm Cəlilabaddanam. Tarixi də həmin adları dəyişdirənlərdən
yaxşı bilirəm. Cənablar, siz düşünürsünüz ki, bəzi rayonlarda eyni adlı kəndlər var. Ona görə də dəyişdirirsiniz. Bu nə düşüncədir?
Bu adları dəyişdirmək əvəzinə, Yuxarı və Aşağı Kövüzbulaq adları, yaxud Yuxarı
və Aşağı Badamağac adları kimi yazmaq olardı. Sizə bu ixtiyarı kimlər verdi? Bəlkə
naxələf qonşularımızdan öyrənmisiniz? Tarixə bu qədər sayğısızlıq olarmı? Bu kəndlərin
adları qədim türk tayfalarının adı ilə bağlıdır. Kövüzbulağı Soyuqbulaq edənlər,
bəlkə könlünüzə bulaq başında yeyib-içmək düşüb. Vətən tarixinə belə
sayğısızlıq olarmı? Kim sizə hüquq verdi ki, Cəyirli sözünü dəyişdiniz. Bu söz
Cəkürlü tayfasının adındandır. Silin qədim türk tayfasının adını tariximizdən.
Onsuz da bu vətən parça-parça olub. Gürcülər bir tərəfdən, farslar o biri tərəfdən,
ermənilər digər tərəfədən kənd və şəhərlərimizin adlarını dəyişdirirlər. Sizlər
də onlardan geri qalmaq istəmirsiniz. Dəhşətdir! Mümkünsə, həmin adları təklif
edənlərin adlarını açıqlayın və biz də onlardan hesab soruşaq. Belə getsə
adlarımızda bir dənə də olsun türk adı qalmayacaqdır!”x9d
Fateh Əliyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































