Nazir: Ukrayna ilə münaqişənin həllinə görə Rusiya məsuliyyət daşıyır

Nazir: Ukrayna ilə münaqişənin həllinə görə Rusiya məsuliyyət daşıyır

Hazırda oxunan: Nazir: Ukrayna ilə münaqişənin həllinə görə Rusiya məsuliyyət daşıyır
79228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Nə qədər tez olsa, o qədər yaxşıdır”x9d.

Azərbaycan iki qardaş ”“ Ukrayna və rus xalqı arasında münaqişənin tənzimlənməsini istəyir. Nə qədər tez olsa, o qədər yaxşıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Rossiya-24”x9d telekanalına verdiyi müsahibəsində bildirib.

“İkinci dünya müharibəsindən sonra dünya qaydalarının əsaslandığı prinsiplər mövcuddur, bu prinsiplərə dissonans gətirmək yetərincə təhlükəlidir”x9d, - nazir deyib.  

Elmar Məmmədyarovun sözlərinə görə, Minsk danışıqlarının mövcudluq amili Rusiyanın regionda ciddi və mühüm oyunçu kimi münaqişənin tənzimlənməsində məsuliyyət daşıdığını göstərir.

“Və bu, normal vəziyyətdir, çünki Rusiya əslində sadəcə həmsərhəd ölkə deyil, həm də Ukraynanın şərqində vəziyyətin sabitləşməsi üçün ciddi amildir. Bu, nə qədər tez baş verərsə, yalnız Ukrayna və Rusiya üçün deyil, eləcə də hamımız üçün bir o qədər yaxşıdır”x9d.

Dünya səviyyəli ciddi oyunçu kimi Rusiya münaqişənin tənzimlənməsində məsuliyyət daşıyır. Diplomatik nöqteyi-nəzərdən də buna şübhə yoxdur”x9d, - XİN rəhbəri deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO