Elçin Qurbanovdan ilginc proqnozlar

Elçin Qurbanovdan ilginc proqnozlar

Hazırda oxunan: Elçin Qurbanovdan ilginc proqnozlar

72247

 

 

Rusiya Prezidenti Putinin haqqında müəmmalı xəbərlər dolaşır. Gah onun İslamı qəbul etdiyi, gah da öldüyü bildirilir.  Qeyd edək ki, xüsusilə son şaiyənin yayılmasının ciddi əsasları da var. Bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan beynəlxalq sammitdə Putinin gözə dəyməməsi və məhz bu səbəbdən toplantının təxirə salınması şaiyələrin inandırıcılığını artırır. Bəs, Putinlə bağlı xəbərlər doğrudursa, regionda və dünyada nələr baş verə bilər?

Moderator.az-ın sualını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov maraqlı açıqlamalar verdi. Bəzi məqamlarda hətta qeyb aləmdən verilmiş proqnozlara bəznəzəyən açıqlamasında ekspekt ilk öncə Putinin İslam dinini qəbul etməsi ehtimalından danışdı: “Xəbər əgər doğrudursa, bu din dəyişikliyi əzilən bütün xalqlar arasında onun mövqeyini möhkəmləndirə bilər”x9d.  Səmadan  yerə endirilən sonuncu dinin bu səviyyədə qəbul edilməsini həm də Rusiya cəmiyyətinin sağlam gələcəyi üçün yeganə qarant olduğun inanan E. Qurbanov fikrini belə davam etdirdi: “Mənəvi cəhətdən ciddi şəkildə deqrodasiyaya uğrayan Rusiya gəncliyi, dolayısıyla bu ölkənin genefondu çox böyük təhlükə altındadır. Alkoqolizm, narkotika aludəçiliyi, davamsız ailə münasibətləri, pul hərisliyi və digər zərərli xüsusiyyətlərin cəmiyyətdə təşəkkülü müsbət heç nə vəd etmir. Birinci şəxs tərəfindən belə bir addımın atılması İslam ideologiyasının ölkədə sürətlə yayılmasına və bu dinə marağa səbəb ola bilər”x9d.

Bu addımın eyni zamanda Putinə İslam ölkələrindən böyük dəstək qazandıracağına inanan həmsöhbətimiz bu addımla Rusiyanın hətta iqtisadi böhran dalğası belə dəf edəcəyini düşünür: “Rusiya prezidentinin belə bir qərarı (əgər varsa) bütün xalqı xilas etməklə onu həm siyasi, həm iqtisadi, həm də mənəvi bir inkişaf mərhələsinə apara bilər. Deyilənlərə görə, Barak Obama da eyni hərəkəti etməyə hazırlaşırmış. Sadəcə, buna açıq şəkildə risk etməyib.  V. Putinin onu qabaqlaması bütün dünyada sensasiya yarada bilər”x9d. 

Ekstra proqnozlar vermək istəmədiyini deyən ekspert məlumatın doğru olacağı təqdirdə dünyanın geosiyasi məhvərinin yerindən oynayacağını təxmin edir: “Xəbər doğrudursa, Rusiya çox yaxın gələcəkdə bütün dünya xalqları üçün haqqın bəşəriyyətə bəyan ediləcəyi ölkə olacaq. Böyük  xilas məhz bu ölkədən hərəkətə başlayacaq özü də çox yaxın gələcəkdə”x9d.

Putinin ölüm xəbəri haqqında deyilənləri də şərh edən Elçin Qurbanov bunları bildirdi: Həqiqətən Putinin həyatı üçün narahat olmamaq mümkün deyil. Tanrı onu qorusun. Mən də müxtəlif məqamlardan xəbər almışam ki, o, insult keçirib, ağır vəziyyətdədir. Qeyd etmək istərdim ki, bu barədə əvvəlki yazılarımda da müəyyən bəyanlarda bulunmuşam. Hətta sizin sayta açıqlamamda onun çəkilişə hazırlaşacağı zaman dünyasını dəyişəcəyini demişdim. Əgər belə bir xəbər yayılmışsa, deməli, vəziyyət doğrudan da çox pisdir. Bəlkə də o, artıq həyatda belə yoxdur. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu məlumat  təsdiqini tapmasa belə yaxın zamanlarda həqiqi İslamın təntənəsi, nəinki Rusiyada, bütün dünyada yaşanacaq. Əlbətdə ki, insanların bu gün bildikləri İslamdan danışmıram. Həqiqət çox yaxındadır. Onun üçün elə indi dua etməyə hazırlaşıram”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO