İlham Əliyev orden, fəxri adlar, hərbi rütbələr verdi -  6 sərəncam, 2 fərman(Yenilənib)

İlham Əliyev orden, fəxri adlar, hərbi rütbələr verdi - 6 sərəncam, 2 fərman(Yenilənib)

Hazırda oxunan: İlham Əliyev orden, fəxri adlar, hərbi rütbələr verdi - 6 sərəncam, 2 fərman(Yenilənib)

72115
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında”x9d Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1207-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
xa0
Moderator.az xa0xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
xa0
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında”x9d Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1207-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
xa0
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
xa0
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
xa0
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
xa0
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
xa0
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
xa0
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

***
Prezident İlham Əliyev E.R.İbrahimovun “Şərəf”x9d ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
xa0
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov “Şərəf”x9d ordeni ilə təltif edilsin".
xa0
***
Prezident İlham Əliyev H.A.Mirzəyevə “Əməkdar hüquqşünas”x9d fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
xa0
Sərəncamda qeyd edilir: "Məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas”x9d fəxri adı verilsin".
xa0
***
İlham Əliyev Ş.İ.Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
xa0
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilsin".
xa0
***
xa0
İlham Əliyev C.Q.Qurbanova “Əməkdar artist”x9d fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
xa0
Sərəncamda qeyd edilir: "Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova “Əməkdar artist”x9d fəxri adı verilsin".
xa0
***
xa0
İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilsinlər:
xa0
“Vətən uğrunda”x9d medalı ilə:
xa0
Ağayev Məzahir Telman oğlu ”“ polkovnik
Hüseynov Nəsir Cavanşir oğlu ”“ polkovnik
xa0
“İgidliyə görə”x9d medalı ilə:
xa0
Bayramov Səxavət Allahverdi oğlu ”“ əsgər (ölümündən sonra)
xa0
“Hərbi xidmətlərə görə”x9d medalı ilə:
xa0
Dəmirov Rüstəm Nadir oğlu ”“ polkovnik
İsmayılov Rasim Cəmil oğlu ”“ polkovnik
Nəzərov Zahid Qulam oğlu ”“ polkovnik
Ağayev Soltan Məmmədşah oğlu ”“ polkovnik-leytenant
Baxşıyev Fərhad Tofiq oğlu ”“ polkovnik-leytenant
Balayev Malik Beriya oğlu ”“ tibb xidməti polkovnik-leytenantı
Cəfərov Asəf Gündüz oğlu ”“ polkovnik-leytenant
Cəfərov İqbal Qiyas oğlu ”“ polkovnik-leytenant
Heydərov Şəmsəddin Səftər oğlu ”“ tibb xidməti polkovnik-leytenantı
Hüseynov Elbrus Feyzulla oğlu ”“ polkovnik-leytenant
Mahmudov Elman Cahandar oğlu ”“ polkovnik-leytenant
Məmmədov Akif İsmayıl oğlu ”“ polkovnik-leytenant
Nağıyev Aydın Şahin oğlu ”“ polkovnik-leytenant
Rüstəmov Faiq Səməndər oğlu ”“ polkovnik-leytenant
Söhrabi Araz Abdulla oğlu ”“ polkovnik-leytenant
Hüseynov Azər Təvəkkül oğlu ”“ mayor
Mamedov Rəşadət Səfəralı oğlu ”“ mayor
Məmmədov Elşən Tağı oğlu ”“ mayor
Rəhimov Zeynal Əmirxan oğlu ”“ mayor
Məstəliyev Nəsimi Aydın oğlu ”“ kapitan
Quliyev Natiq Vəli oğlu ”“ baş gizir
Qafurov Rüstəm Kasimoviç ”“ gizir.
xa0
xa0
19:45
xa0
Prezident İlham Əliyev həmçinin iki fərman imzalayıb:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”x9ddə dəyişiklik edilməsi barədə
xa0
***
xa0
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında”x9d Əsasnamənin təsdiq edilməsi barədə”x9d Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO