Pentaqon İrana qarşı əməliyyatda CANLI İTKİLƏRİNİ açıqladı

Pentaqon İrana qarşı əməliyyatda CANLI İTKİLƏRİNİ açıqladı

Hazırda oxunan: Pentaqon İrana qarşı əməliyyatda CANLI İTKİLƏRİNİ açıqladı

608346

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri 415 amerikalı hərbi qulluqçu yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

"Döyüş əməliyyatları zamanı ordunun 271 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin 63 dənizçisi, 19 dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 62 hərbi qulluqçusu yaralanıb", - qurumdan bildirilib.
 

Məlumatda qeyd olunur ki, yaralıların böyük hissəsi artıq xidmətə qayıdıb. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin daha əvvəl bildirdiyi kimi, amerikalı hərbi qulluqçular yaralanmaların əksəriyyətini İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində alıblar.


Döyüş əməliyyatları zamanı 13 ABŞ hərbçisi həlak olub. Onlardan altısı Küveyt, biri isə Səudiyyə Ərəbistanında ölüb. Digər hərbçilər Amerikanın yanacaqdolduran təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO