Türkiyədə silah almaq məhdudlaşdırılır - Ərdoğan ətraflı DANIŞDI - VİDEO

Türkiyədə silah almaq məhdudlaşdırılır - Ərdoğan ətraflı DANIŞDI - VİDEO

Hazırda oxunan: Türkiyədə silah almaq məhdudlaşdırılır - Ərdoğan ətraflı DANIŞDI - VİDEO

608319

Türkiyə hakimiyyəti ötən həftə yerli məktəblərdə baş verən iki atışmadan sonra respublika sakinlərinin odlu silah sahibi olmasını məhdudlaşdırmaq və silah sahiblərinə qarşı cəzaları sərtləşdirmək üçün əlavə hüquqi tədbirlər görəcək.

Bizim.Media xəbər verir ki, bu barədə açıqlamanı Türkiyədə Nazirlər Kabinetinin iclasından sonra Prezident Ərdoğan zorakılığa qarşı mübarizədə atılacaq yeni addımlar barədə danışarkən verib.

Çıxışında Ərdoğan silah sahiblərinə qarşı cəzaların artırılacağını və 15 yaşdan kiçiklərin sosial mediadan istifadəsi ilə bağlı qaydaların tətbiq olunacağını bildirib.

Türkiyə başçısı çıxışı zamanı Şanlıurfa və Kahramanmaraşda məktəblərə edilən hücumlara da toxunub:

"Məktəblərimizdə təhlükəsizliyin təmin edilməsi bizim əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç vaxt güzəştə getməyəcəyik. Təhlükəsizlik və etibarlılıq öhdəliklərini yerinə yetirməyən odlu silah sahiblərinə qarşı cəzaları sərtləşdirəcəyik. Silah sahibliyini məhdudlaşdıran əlavə hüquqi qaydalar tətbiq edəcəyik”.

Uşaqların qorunmasını və ailə institutunun əhəmiyyətini vurğulayan Ərdoğan zorakılığa qarşı mübarizədə görüləcək yeni tədbirləri sadalayıb:

"İnternetin qaranlıq dəhlizlərində görünən və görünməyən varlığımızı daha da gücləndirməliyik, eyni zamanda süni intellektdən istifadə etməliyik".

Prezident Ərdoğan həmçinin hüquq-mühafizə orqanlarının məktəblərdə daha aktiv işləməsi üçün yeni modellərin yaradılacağını bildirib və əlavə edib:

"Məktəb-hüquq-mühafizə əməkdaşlığının artırılması və yeni iş modellərinin hazırlanması da bu prosesdə atacağımız addımlar arasında olacaq. Ailə insanın ilk məktəbidir. Təhsil ailədə, sosiallaşma ailədə başlayır. Etik qaydalar ailədə öyrənilir. Fərd əvvəlcə yaşadığı cəmiyyətin bir hissəsi olmağı ailə daxilində öyrənir".

Qeyd edək ki, aprelin 15-də Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində məktəbdə baş verən atışma nəticəsində 9 nəfər ölüb, 21-i yaralanıb. Aprelin 14-də isə eyni bölgədəki Şanlıurfa vilayətindəki məktəbdə baş verən silahlı insidentdə 19 nəfər xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO