Atəşkəs POZULDU – ABŞ-İran savaşı yenidən alovlana bilər – BU TARİXDƏ

Atəşkəs POZULDU – ABŞ-İran savaşı yenidən alovlana bilər – BU TARİXDƏ

Hazırda oxunan: Atəşkəs POZULDU – ABŞ-İran savaşı yenidən alovlana bilər – BU TARİXDƏ

608232

ABŞ-la İran arasında kövrək olan atəşkəs pozulub.

Rəsmi Tehranın məlumatına görə, İran silahlı qüvvələri özlərinə məxsus gəminin ələ keçirilməsinə cavab olaraq Amerika hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əraqçinin bir açıqlaması neft qiymətlərini necə ucuzlaşdırdı? – TƏHLİL


Xatırladaq ki, bir müddət əvvəl Amerika hərbçiləri tərəfindən ələ keçirilən gəmi Çindən Oman körfəzinə doğru gedirdi.

Rəsmi Tehran bildirir ki, Amerika hərbçiləri atəşkəs rejimini pozaraq gəmiyə atəş açıb və onun naviqasiya sistemini sıradan çıxarıb. Buna cavab olaraq İran ABŞ gəmilərinə dronlardan istifadə edərək hücum edib.

Bu əsasda İran televiziyaları bəyan edib ki, Tehran hazırda ABŞ ilə yeni danışıqlarda iştirak etmək niyyətində deyil.

Eyni zamanda, İsrail baş naziri Benyamin Netanyahu da İranla müharibənin hələ başa çatmadığını və istənilən an “yeni inkişaflar” baş verə biləcəyini bildirib. Netanyahu vəziyyətin hələ də gərgin olaraq qaldığını vurğulayıb.

Bu fonda savaş yenidən alovlana bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev bildirib ki, savaş yenidən hər an başlaya bilər. Ekspertin sözlərinə görə, yaxın bir ay ərzində prosesin yekun nəticəsini görəcəyik: 

“Tramp mayın sonuna qədər proseslə bağlı nəyi bacarsa, onu da edəcək. O səbəbdən ona qədər Tramp istəyinə nail olmaq üçün nəyəsə gedəcək”.

Həmsöhbətimiz hesab edir ki, tərəflərin danışıqlarda sərgilədiyi ritorika davam etdikcə, hər hansı bir uğurlu razılaşma olmayacaq:

“Atəşkəs də kövrək, deyərdim ki, humanitar məqsədə xidmət edən bir atəşkəsdir. Tramp bildiyiniz kimi, müharibəyə Konqresin icazəsi olmadan başlayıb. Amma Konqresin razılığını almadan yalnız 60 gün müharibə apara bilər. Həmin müddət isə aprelin 30-da tamam olur. Senat onu daha 30 gün uzada bilər. Lakin Senat buna getməsə, Tramp geri çəkilmə qərarı verməyə məcbur ola bilər. Lakin bu Tramp üçün fəlakət demək olacaq”.

Bu səbəbdən müsahibimizin fikrincə, savaşın yenidən alovlanması ehtimalı yüksəkdir: 
 

“Danışıqlarda təzyiqlər güclənəcək. Nəticədə İrana qarşı növbəti əməliyyatlara start verilə bilər. Amma bu heç bir halda quru əməlliyatı olmayacaq. Hər iki tərəf bunu bilir. İndiki halda isə tərəflər atəşkəsə ayrılan müddətə qədər prosesi uzatmağa çalışır.


ABŞ Prezidenti Hörmüz boğazının açılmasına nail olana və İranın uranla bağlı addımlarına son qoyana qədər geri çəkilməyəcək. Tramp göstərir ki, iki məsələyə, Hörmüz boğazının açılması və uran məsələsində istədiyinə nail olmağa fokuslanıb. Bununla beynəlxalq ictimaiyyətə göstərir ki, onun hər hansı bir ərazi iddiası yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO