“Zarafat xoşuna gəlməyib..." - Məktəbdəki insidentin DETALLARI - VİDEO

“Zarafat xoşuna gəlməyib..." - Məktəbdəki insidentin DETALLARI - VİDEO

Hazırda oxunan: “Zarafat xoşuna gəlməyib..." - Məktəbdəki insidentin DETALLARI - VİDEO

608320

Xəbər verdiyimiz kimi, Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb.

Bizim.Media xəbər verir ki, iddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr yaşanıb.

Qeyd edilib ki, xəsarət yetirən şagirdin məsələ ilə bağlı müəllimlərə məlumat verməsinə baxmayaraq, problemin həlli tapılmayıb.

Məktəblilərdən birinin verdiyi məlumata görə, hadisəyə səbəb şagirdin sıxışdırılması olub:

“Deyilənə görə, uşağı əsəbiləşdiriblər, o da bunun əvəzini çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Əslində, problem hamınındır. Dərdini hər kəsə - direktora da, müəllimlərə də deyib. Deyilənə görə, autizmlidir.  Zarafat ediblər bu da onun xoşuna gəlməyib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO