Madyardan qeyri-adi TƏKLİF: “Fon der Lyayenin vəzifəsini Orban tutsun” – VİDEO

Madyardan qeyri-adi TƏKLİF: “Fon der Lyayenin vəzifəsini Orban tutsun” – VİDEO

Hazırda oxunan: Madyardan qeyri-adi TƏKLİF: “Fon der Lyayenin vəzifəsini Orban tutsun” – VİDEO
608267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanda seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyar ölkənin baş naziri Viktor Orbana Avropa Komissiyasına rəhbərlik etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, Madyar bu fikirləri Macarıstanın “Telex” xəbər portalına müsahibəsində səsləndirib.
 

O bildirib ki, Orban baş nazir vəzifəsindən ayrıldıqdan sonra bu posta namizədliyini irəli sürə bilər.


Madyarın sözlərinə görə, Orbanın aydın baxışı və miqrasiya siyasətində sərt mövqeyi var: 

“O, sadə insanlar arasında populyardır. Qərb siyasətçiləri insanlara yalan danışdığı halda, məhz Orban miqrasiya ilə bağlı həqiqətləri dilə gətirirdi”.

Məlumat üçün bildirək ki, hazırda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendir.

Qeyd edək ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq konstitusion çoxluq əldə edib. Partiya 199 yerlik parlamentdə 138 mandat qazanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO