Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun rəhbəri Məhəmməd Əsədullazdə Moderator.az -a açıqlamasında dünən Rusiyada baş verən siyasi qətl və dünyanın siyasi sistemində gedən ciddi proseslərin Azərbaycana da təsirindən danışıb.
İnstitut rəhbəri bu il dünyanın siyasi sistemində ciddi proseslər gedəcəyini və bunun Azərbaycandan da yan keçməyəcəyini bidirib:
"Dünən Rusiyada baş verən siyasi qətl, bütün dünya demokratlarını sarsıtdı.Bu qətl bir daha sübut edir ki,avtoritarizmin hökm olduğu ölkələrdə, vəziyyət daima mürəkkəb olaraq qalacaq,vətəndaş cəmiyyəti,demokratik təsisatların inkişafına ciddi manelər olacaq siyasi cinayətlər baş verəcək.Bunlara jurnalistlərin güllələnməsi,hüquq müdafiəçilərin həbsi və siyasi liderlərin fiziki cəhətdən aradan götürülməsi daxildir.Bu qəbildən biri olan Rusiyada Putinin siyasətinin qatı əleyhdarı muxalif lider demokratik Rusiya arzulayan Nemtsovun qətlidir. Qərbin bu məsələyə ciddi yanaşmasa,belə siyasi qətllər,digər avtoritar rejimlərdə gerçəkləşdirilə bilər.Rusiyada bu, siyasi qətl cox ciddi bir reaksiyaya səbəb olmalı və Putinin hakimiyyətinin dəyişməsi ilə nəticələnməlidir.Nemtsov Putini daima Krımın ilhaqında və Ukraynanın şərqində separatizmi yaratdığı üçün kəskin tənqid edirdi.Onun ölümü Putini ciddi sınaq qarşısında qoya bilər.Əfsuslar olsun ki,sabah Moskvada təyin olunan mitinq zorakı yolla dağıdılacaq və proseslər təəssüf ki,Putinin istədiyi kimi davam edəcək. Rusiyaya qonşu olan bəzi ölkələrdə siyasi sistem dikdaturadı və demokratik proseslər yetərincə basqıdadır.Bu il dünyanın siyasi sistemində ciddi proseslər gedir və bu Azərbaycandan da yan keçməyəcək.Nəzərə alaq ki,bu il ölkəmizdə parlament seçkiləridir.Qlobal güclərin diqqəti ölkəmizə yönələcək və müəyyən siyasi proseslərdə aktivlik nəzərə çarpacaq.Hər hansı xoşa gəlməyən hadisələrin ölkəmizdə baş verməməsi üçün hakimiyyət vətəndaş cəmiyyəti və siyasi partiyalarla ciddi və konstruktiv danışıqlara getməli, ölkədə demokratik islahatların başlamasına start verməlidir.Artıq bu il iqtisadiyyatın yox, siyasətin güclü olduğu ildir."

































































































