“Xalqımıza əminamanlıq, cəmiyyətimizə təbəssüm arzulayıram”x9d

“Xalqımıza əminamanlıq, cəmiyyətimizə təbəssüm arzulayıram”x9d

Hazırda oxunan: “Xalqımıza əminamanlıq, cəmiyyətimizə təbəssüm arzulayıram”x9d

66131

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili cəmiyyətimizə gülüş, işğaldakı torpaqlarımıza azadlıq arzulayıb:

“Mən xalqımıza sülh, əminamanlıq arzulayıram. Arzu edirəm ki, işğaldakı torpaqlarımız azad edilsin. Arzu edirəm ki, bir-birimizlə hər zaman təbəssümlə danışaq. Arzu edirəm ki, bütün cəmiyyət bir-birini bağrına basa bilsin. Bizi ayıra biləcək hər hansı bölgü olmasın. Olsa-olsa düşüncələrimiz fərqli olsun. Qarşıdurmadan uzaq olaq. Bütün siyasi məhbuslarımız, günahsız həbsdə olanlarımız azad edilsin. Dilqəm və Şahbazın, habelə erməni əsirliyindəki digər soydaşlarımızın azad edilməsinə nail olaq. Arzu edirəm ki, elə bir səviyyəyə yüksələk ki, Cənubi Qafqazda hər kəs dövlətimizə və xalqımıza sözün həqiqi mənasında həsədlə baxsın”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO