Alınan mallar geri qaytarıla bilərmi? -  hüquqşünas cavab verir

Alınan mallar geri qaytarıla bilərmi? - hüquqşünas cavab verir

Hazırda oxunan: Alınan mallar geri qaytarıla bilərmi? - hüquqşünas cavab verir

63788
Bir sıra mağazalara (onların sayı heç də az deyil) daxil olanda aşağıdakı məzmunda yazı əks olunmuş lövhələri görürük: “Alınan mallar geri qaytarılmır”x9d. Bu qanuna uyğundurmu?
 
Bu məsələyə BHM Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov aydınlıq gətirib.
 
Hüquqşünas  bildirib ki, alıcının əldə etdiyi malı dəyişdirmək hüququ Mülki Məcəllənin 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”x9d Qanunun 15-ci maddələrində nəzərdə tutulub. Həmin maddələrin analizi bizə aşağıdakı nəticələrə gəlməyə imkan verir:
 
 1. Alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər.
 
 2. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər.
 
 3. Malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır.
 
 4. Əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər
 
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”x9d Qanunun 15-ci maddəsinin 2-ci hissəsinə görə, malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz.
 
5. Qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyindən, o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu “satıcıda zəruri malın olmaması”x9d kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.
         
6. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytarıla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır.
 
 7. Bəzi mallar vardır ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında”x9d 1998-ci il tarixli Qərarı ilə təsdiq edilib. Bunlara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları daxildir.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO