Vurulan erməni vertolyotunda həlak olanların sayı məlum olub

Vurulan erməni vertolyotunda həlak olanların sayı məlum olub

Hazırda oxunan: Vurulan erməni vertolyotunda həlak olanların sayı məlum olub

61305
Xəbər verildiyi kimi, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. 

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Moderator.az  xəbər verir ki, Ordumuzun məhv etdiyi erməni vertolyotunun 3 pilotu hadisə nəticəsində ölüb. Ermənistan KİV-lərinin məlumatına görə, vertolyot tamailə yandığı üçün həlak olan hərbçilərin də tanınmaz hala düşdüyü güman olunur.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO