Dad yarımçıq investisiya əlindən- FOTOLAR

Dad yarımçıq investisiya əlindən- FOTOLAR

Hazırda oxunan: Dad yarımçıq investisiya əlindən- FOTOLAR

61150
Bir neçə gündən sonra 2015-ci ilin dövlət büdcəsi parlamentdə müzakirə olunacaq. Daha doğrusu, deputatlar 25 milyard dolların bir neçə məmur tərəfindən bölüşdürülməsinə “razılıq” verəcəklər...

Amma məsələ burasındadır ki, investisiya layihələri adı altında milyardların xərclənməsi prosesində də elə səriştəsizliyiə yol verilir ki, ortada hansısa fırıldağın və ya ən azı vəsaitin səmərəli, şəfaf xərclənməməsi görüntüsü yaranır. Yəni vəsait ayrılmasına və bol işçi qüvvəsinin olmasına baxmayaraq investisiya layihələri yarıtmaz və gecikdirilməklə yerinə yetirilir, indicə fotolarını sizə təqdim edəcəyimiz Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasının tikintisində olduğu kimi. 

Belə ki, 7-ci mikrorayonda, S. S. Axundov küçəsi ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki bu obyektin tikintisi bu ilin sonunda, daha dəqiqi dekabrın 25-də yekunlaşmalı olsa da işlərin hələ yarısı ancaq görülüb. Bu isə haqlı sual yaradır, bir halda ki, işsizlər ordusu əli qoynunda iş gözləyir və vəsait də ayrılıb, o zaman niyə işlər gecikdirilir, olmaya ortada biz bilmədiyimiz məqamlar var? Adamın heç inanmağı gəlmir, çünki bizim məmurların dövlətin bir qara qəpiyində də gözləri yoxdur...

Dad yarımçıq investisiya əlindən- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/2453.jpg">Dad yarımçıq investisiya əlindən- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/2454.jpg">Dad yarımçıq investisiya əlindən- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/2455.jpg">Dad yarımçıq investisiya əlindən- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/2456.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO