“Azərkörpü” ASC ilə Nəqliyyat Nazirliyi arasında problem yaranmasıyla bağlı Moderator.az-a məlumat daxil olub.
İddialara görə, “Azərkörpü” Ələt qəsəbəsi yaxınlığında inşa olunun yeni limanın tikintisinin birinci mərhələsini icra etsə də, işin sifarişçisi olan Nəqliyyat Nazirliyi maliyyə vəsaitini köçürmür. Nazirlik isə səbəbi büdcədən vəsaitin onlara köçürülməməsi ilə izah edir. Nəticədə aylardır ki, nə işçilər maaş ala, nə də ki, “Azərkörpü” işini davam etdirə bilir. “Azərkörpü” öz daxili imkanları daxilində limanın birinci mərhələsinin tikintisini başa vursa da, ikinci mərhələni davam etdirməyə gücü yetmir. Çünki bu işlər böyük maliyyə vəsatiti tələb edir ki, təşkilatın da bunu etmək imkanı tükənib.
İxtisara düşəcəklərindən qorxan bəzi işçilərin bildirdiyinə görə, artıq vəziyyət o həddə çatıb ki, növbəti ildən “Azərkörpü”də kütləvi ixtisarlar olacağı deyilir, rəhbərlik hamıya xəbərdarlıq edib ki, ən azı 50% ixtisar olunacaq, maaşlar isə 20% endiriləcək.
Mənbənin dediyinə görə, bu “Azərkörpü”nün heç də üzləşdiyi birinci prbolem deyil:
“Təşkilat Metropolitenlə də eyni vəziyyəti yaşayır. Metro tikintisində işləyən “Azərkörpü” eyni vəziyyətlə üz-üzədir. Belə ki. “Avtovağzal-Memar Əcəmi”, “Memar Əcəmi” xəttindən isə Papanin deyilən əraziyə çəkilən xəttin tikintisində iştirak etsədə metropolitendən pulunu ala bilmir. Odur ki, “Azərkörpü” ASC rəhbərliyi hazırda çıxılmaz durumdadır.


































































































