“Gündəm-xəbər” gündəmdən xəbər verəcək...

“Gündəm-xəbər” gündəmdən xəbər verəcək...

Hazırda oxunan: “Gündəm-xəbər” gündəmdən xəbər verəcək...

60164
Ölkənin tirajlı və nüfuzlu qəzetlərindən biri olan “Gündəm xəbər” qəzeti maliyyə böhranı ilə əlaqədar çapını dayandırmışdı. Amma adıçəkilən qəzet yenidən oxucuları ilə görüşə gələcək. 

Bu haqda “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri özünün facebook profilində məlumat verib:

“”Gündəm Xəbər” qəzetinin oxucularının nəzərinə: Bildiyiniz kimi qəzet bazarında baş verən “zəlzələ” ilə əlaqədar olaraq qəzetimiz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.Məlum olduğu kimi “Qasid”ASC, “Qaya”MMC Mətbuat yayımlarının köşkləri şəhərin gur yerlərindən yığışdırıldı və “Metro-Servis”MMC Bakı Metrosunda qəzet yayımı fəaliyyətini dayandırdı. Bu səbəblərdən yay tətilini də nəzərə alaraq qəzetimizin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Ancaq bu sıxıntılara və maliyyə çətinliyinə baxmayaraq, “Gündəm Xəbər” qəzetini dayandırdığımız yerdən fəaliyyətini bərpa etmək istəyirik. İnanc yerimiz ancaq Azərbaycan oxucusudur. Tezliklə sizinlə bərabər olmağa tələsirik. Bizi izləyin”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO