Nazim Məmmədov da neftin büdcədəki qiymətiylə razılaşmadı...

Nazim Məmmədov da neftin büdcədəki qiymətiylə razılaşmadı...

Hazırda oxunan: Nazim Məmmədov da neftin büdcədəki qiymətiylə razılaşmadı...

57952
Moderator.az xəbər verir ki, keçmiş millət vəkili, iqtisadçı alim Nazim Məmmədov gələn ilki dövlət büdcəsində neftin qiymətinin 90 dollardan götürülməsiylə razı deyil. 
Saytımıza açıqlamasında ekspert hökuməti səmərəsiz xərclənməyə son qoymağa çağırdı:

"Mən də makroiqtisadi göstərici olaraq neftin qiymətinin 90 dollar götürülməsini doğru saymıram, çünki gəlirləri bu qiymətə hesablayıb xərcləmələri riskə məruz qoya bilərik. Böyük həcmdə defisiti iqtisadi fəallıqla bağlamaq ənənəsi hələ ki, bizim hökumətdə formalaşmayıb. Büdcə kəsirinin bağlanma mənbələrinin əsas donoru yenə də Neft Fondu qalmaqda davam edir. Bir neçə il öncədən ABŞ başda olmaqla əsas neft istehlakçıları neftin "ədalətli qiymətini" artıq müəyyən etmişdilər, bu qiymət 80 dollar olaraq artıq bir neçə dəfə Obamanın dilinden səslənib, ona görə də istehsalçı ölkələr artıq xərclərini bu rəqəmə uyğunlaşdırmalıdırlar. Bizim neft hasilatçılarımız da neftin maya dəyərini aşağı salmaq haqqında ciddi düşünməli, yersiz, səmərəsiz xərcləmələrinə son qoymalı, hökumət nəhayət, iqtisadiyyatın inhisardan qurtulması üçün real addımlar atmalı, vergi gəlirlərini artırmaq üçün kompleks islahatlar aparılmalıdır, idarəetmə təkmilləşdirilməlidir."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO