“Bizimlə heç hakimiyyət nümayəndələri ultimatum dili ilə danışmayıb”

“Bizimlə heç hakimiyyət nümayəndələri ultimatum dili ilə danışmayıb”

Hazırda oxunan: “Bizimlə heç hakimiyyət nümayəndələri ultimatum dili ilə danışmayıb”

57296

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə görüşdə  partiyanın inkişafı və güclənməsi üçün konkret təkliflər irəli sürüb və partiya rəhbərliyinə bu təkliflərin reallaşması üçün üç ay vaxt verib. Fəqət Q.İbadoğlunun təkliflərini bu şəkildə irəli sürməsi bir çoxları tərəfindən partiya rəhbərliyi ilə ultimatum dili ilə danışmaq kimi qiymətləndirilib.

Bununla bağlı Moderator.az-a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı partiya rəhbərliyinə hər hansı sənədin təqdim edilmədiyini bildirdi:

“Bizə hələ ki, heç bir sənəd təqdim olunmayıb. Müsavat Partiyası ilə heç hakimiyyət nümayəndələri də ultumatum dili ilə danışmaq fikrində olmayıb. Bundan sonra da kimsənin bu fikirdə olması ona başucalığı gətirməyəcək”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO