Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində

Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində

Hazırda oxunan: Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində
57195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu  gün Azərbaycan Tibb Universitetində (ATU) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları ”“ Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.

Görüşdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov Forumda müzakirə edilən mövzuların aktuallığından danışıb. Bildirib ki, Forum çərçivəsində ATU-nun təşkilatçılığı ilə oktyabrın 3-də keçirilən “dəyirmi masa”da tibb sahəsi üzrə son dərəcə aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə dünyada əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Rektor diqqətə çatdırıb ki, Nobel mükafatı laureatları ”“ Ervin Neherin və Kurt Vütrixin “dəyirmi masa”da məruzələri maraqla qarşılanıb.

Sonra Nobel mükafatçılarının elmdə əldə etdiyi uğurlar barədə məlumat verilib.

İon kanalları ilə bağlı apardığı tədqiqatlardan danışan almaniyalı Nobel mükafatçısı, professor Ervin Neyer bildirib ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır.

Amerikalı Nobel mükafatçısı, professor Kurt Vütrix isə ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətindən söz açıb. O, elmin qloballaşdığı bir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Diskussiya şəraitində keçən görüşdə qonaqlar universitet müəllimlərinin suallarını cavablandırıblar.

Daha sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasını gəzib, Klinikanın Təlim-Treninq mərkəzi ilə tanış olublar.Onlar klinikada yaradılan şəraiti çox bəyəniblər. Qeyd edək ki, ATU-nun Təlim-Treninq mərkəzi universitetin tələbələrinin və rezidentlərinin praktik bacarıqlara yiyələnməsi və klinik vərdişlərin təkmilləşdirilməsi üçün fəaliyyət göstərir. Mərkəz dünyada ən çox tət biq olunan maket və mulyajların, həmçinin kompüter simulyatorlarının son modelləri ilə təchiz olunub.

Tədbirin və Klinika ilə tanışılığın sonunda rektor Ə.Əmiraslanov Nobel mükafatı laureatlarına universitet adından hədiyyələr təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO