Milli Məclisin İqtisadi Siyasət Komitəsi bir sıra qanunlara düzəliş edib

Milli Məclisin İqtisadi Siyasət Komitəsi bir sıra qanunlara düzəliş edib

Hazırda oxunan: Milli Məclisin İqtisadi Siyasət Komitəsi bir sıra qanunlara düzəliş edib

55715

Moderator.az xəbər verir ki, sentyabrın 19-da Milli Məclisin İqtisadi Siyasət Kmitəsinin iclası keçirilib. İclasda ilk olaraq komitənin 2014-cü ilin yaz sessiyası ərzində gördüyü işlər barədə hesabat dinlənilib və payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı barədə məlumat verilib. Komitə sədri Ziyad Səmədzadə komitənin ötən mövsümdəki aktiv fəaliyyətindən danışıb və bildirib ki, komitə tərəfindən 51 məsələyə baxılıb. 2014-cü ilin payız sessiyasında isə əsasən “Reklam haqqında” və digər qanunlara əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bundan başqa, 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirələri də komitənin payız sessiyası üçün nəzərdə tutulmuş işləri sırasındadır. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı. “Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı və Vyetnam hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi haqqında danışan Z.Səmədzadə dedi ki, Azərbaycan 45-dən çox ölkə ilə belə bir saziş imzalayıb. Məqsəd vergi sisteminin daha da təkmilləşdirilməsi və ölkə iqtisadiyyatının inkişafında yeni imkanların yaradılmasıdır. Sözügedən qanun layihəsi ilə bərabər, gündəlikdə olan Azərbaycan ilə Mərakeş Krallığı və Uruqvar Şərq Respublikası hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin təsdiq olunması barədə qanun layihəsi də plenar iclasa tövsiyə olundu.

 Iclasın gündəliyində duran “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Qrant haqqında”, “Poçt haqqında”, “Turizm haqqında”, Gömrük və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrində isə bir sıra texniki və redaktə xarakterli düzəlişlər nəzərdə tutulub. İclasda “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında, Vergi Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayana kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Standartlaşdırma haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Valyuta tənzimi haqqında” və “Reklam haqqında” qanunlara edilən dəyişikliklər barədə qanun layihələrinə də baxıldı. Qeyd olundu ki, həmin qanunlara edilən düzəlişlərin əsas mahiyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləriylə bağlıdır. Həmin qanuna görə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir idarə tərəfindən sahibkarların fəaliyyəti yoxlanıla bilməz. Müzakirəyə çıxarılan “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsinə görə bu Konvensiya şəxslərin, baqajın və yükün hava gəmisi vasitəsilə ödəniş müqabilində həyata keçirilən hər bir beynəlxalq daşımasına tətbiq edilir. Konvensiya həmçinin avianəqliyyat müəssisəsi tərəfindən hava gəmisi vasitəsilə həyata keçirilənpulsuz daşımalara da tətbiq edilir. İclasda “Azərbaycan Hökuməti ilə İtaliya Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də baxıldı. Qeyd olundu ki, bu sənəd Azərbaycan və İtaliya respublikaları arasında beynəlxalq gəmiçiliyin şərtlərini tənzimləyir. Qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO