- A-
- A
- A+
Gündəm
15:58 / 18.08.2014
1 dəq oxunma
Abid Şərifov: ““Sovetski”-də sahəsi kiçik olan evlərlə bağlı təkliflər hazırlanacaq”
Hazırda oxunan: Abid Şərifov: ““Sovetski”-də sahəsi kiçik olan evlərlə bağlı təkliflər hazırlanacaq”
52432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qiymət məsələsinə yenidən baxılmayacaq”
“Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmağa razılaşan 1600-dən çox əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Daşınmaz əmlak obyektlərində inventarlaşma işlərinin aparılması bir ay-ay yarıma başa çatacaq”.
Bunu açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib.
A. Şərifov deyib ki, “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə də inventarlaşma başa çatandan sonra baxılacaq: “Biz sahəsi kiçik olan evlərə toxunmuruq. İnventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlanacaq. Eyni zamanda evinin sahəsindən asılı olmayaraq, köçmək istəməyənlərin evlərinə də toxunulmur. Kim istəyir, qalıb yaşaya bilər”.
Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparıldığını xatırladan A. Şərifov qiymət məsələsinə yenidən baxılmayacağını da vurğulayıb.
APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































