"Qalatasaray" Azərbaycan bankını məhkəməyə verdi - FOTO

Hazırda oxunan: "Qalatasaray" Azərbaycan bankını məhkəməyə verdi - FOTO

52403
Türkiyənin "Qalatasaray" klubu Azərbaycan bankını məhkəməyə verəcək.

Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Yayılan məlumatlara görə, "Amrahbank" "GS Card"ı müştərilərinə təqdim edib. Amma "Qalatasaray" klubunun bundan xəbəri belə olmayıb. 

Digər bir yayılan məlumatda isə "Qalatasaray" klubu ilə "Amrahbank"ın forma reklamı məsələsində illik 10 milyon avro qarşılığında razılıq əldə olunduğu iddia olunub. Ancaq "Amrahbank" bankının marketinq direktoru Kamal Eminov bu məlumatı təkzib edib. Bank rəsmisi qeyd edib ki, klubla belə bir görüş olmayıb. Yalnız "Qalatasaray" tərəfdarları üçün "GS Card" hazırlamışıq. 

"Qalatasaray" rəsmiləri isə bu sözləri eşidəndə şoka düşüblər. İddialara görə sözügedən bank "Qalatasaray" ilə heç bir razılıq əldə etməyib. Hazırda klub rəhbərliyi məsələ ilə əlaqədar hüquqşünaslara təlimat verib. Klubun İdarə heyəti 18 avqust tarixində banka etiraz məktubu göndərəcək. 

Klubdan bildirilib ki, əgər lazım olan edilməzsə bu dəfə həm Azərbaycanda, həm də beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO