Millət vəkili beynəlxalq ictimaiyyətə səsləndi:

Millət vəkili beynəlxalq ictimaiyyətə səsləndi: "Kənara çəkilin"

Hazırda oxunan: Millət vəkili beynəlxalq ictimaiyyətə səsləndi: "Kənara çəkilin"
51208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Beynəlxalq ictimaiyyət Azərbaycana Qarabağ problemini öz gücü ilə  həll etməyə imkan yaratmalıdır”. Moderator.az xəbər verir ki, bunu  NATO-nun Bakıda keçirilən toplantısında  millət vəkili Aytən Mustafayeva  deyib.

Millət vəkili beynəlxalq ictimaiyyəti kənara çəkilməyə dəvət edib:

“Beynəlxalq ictimaiyyət kənara çəkilməlidir. Necə ki, Rusiya Çeçenistanda, Ukrayna isə ölkəsinin şərqində separatçılara qarşı mübarizə aparır, bu imkan  Azərbaycana da yaradılmalıdır.  Amma bu güclər kənara çəkilmir ki, münaqişəni Azərbaycanla  Ermənistan özü həll etsin.”

ABŞ-ı qondarama separatçı rejimi  təmin etməsinə görə tənqid atəşinə tutan millət vəkili bildirdi ki, Qarabağ münaqişəsi Azərbaycanın ağrılı yarası olduğunu bildiyimiz halda, problemin həllində ikili standartların şahidi oluruq:

 “Necə olur ki, Ukrayna məsləsinə görə ABŞ Rusiyaya sanksiyalar tətbiq edir, amma 20 ildən artıq davam edən Qarabağ münaqişəsinə görə isə Ermənistana belə sanksiya tətbiq olunmur? Bunun səbəbi nədir? Əksinə, ABŞ-ın Qarabağdakı separatçı rejimə maliyə yardımı göstərməsinin şahidi oluruq. Hansi ki, bu separatçı dəstə Azərbaycan ərazisində terror əməliyyatı həyata keçrir. Ona görə də Azərbaycan ictimaiyyəti Qarabağ məsləsindəki beynəlxalq aləmin mövqeyini başa düşə bilmir. ”

A.Mustafayevə əlavə etdi ki, ictimaiyyət başa düşə bilmir ki, nəyə görə ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir, BMT baş katibi Pan Qi Mun isə Qarabağ məsləsində  tərəfləri atəşkəs rejiminə  əməl etməyə çağırır, amma  münaqişənin həlli ilə bağlı konkret addımlar atmırlar:

“Bax bu, Azərbaycan cəmiyyətini ciddi düşündürür. Ona görə də hesab edirəm ki, beynəlxalq aləm kənara çəkilməli  və Azərbaycana öz problemini özünün həll etməsinə imkan verməlidir. Çünki bu gün  Azərbaycan   özü öz gücünə Qarabağ problemini həll etməyə qadirdir". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO