Nazirlik jurnalistin sorğusunu cavablandırıb

Nazirlik jurnalistin sorğusunu cavablandırıb

Hazırda oxunan: Nazirlik jurnalistin sorğusunu cavablandırıb

47339
Müdafiə Nazirliyi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sorğusunu cavablandırıb.    Teleqraf.com-un məlumatına görə, "Müdafiə Nazirliyində dəyişiklikliklərlə bağlı mətbuat konfransı keçiriləcəkmi" sualına cavab olaraq nazirlikdən bildirilib ki, ictimaiyyəti məlumatlandırmaq istiqamətində Silahlı Qüvvələrdə baş verən hadisələr, görülən işlər barədə rəsmi internet səhifəsi vasitəsilə gündə bir neçə dəfə, kütləvi informasiya vasitələri nümayəndələrindən ünvanlanan yazılı və telefonla daxil olan şifahi sorğulara isə mütəmadi olaraq cavab verilir: “Mətbuat konfransı planlaşdırılarsa əvvəlcədən KİV-ə xəbər veriləcək”. Mərkəzin hərbi qulluqçuların mənzillə təminatı istiqamətində mövcud problemlərin həlli üçün hansı işlər görülməsi sualına nazirlik tərəfindən vurğulanıb ki, hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına uyğun olaraq yaradılmış müvafiq Komissiyanın səlahiyyətlərinə aid olduğundan bu quruma müraciət etmək tövsiyə olunur: “Hazırda hərbi qulluqçular 212 daimi və 487 xidməti mənzillə təmin olunublar.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO