“Mənimlə eyni gündə İsa Qəmbərə də Milli Qəhrəman adı verilibmiş...”

“Mənimlə eyni gündə İsa Qəmbərə də Milli Qəhrəman adı verilibmiş...”

Hazırda oxunan: “Mənimlə eyni gündə İsa Qəmbərə də Milli Qəhrəman adı verilibmiş...”

47148

Milli Qvardiyanın keçmiş komandiri, Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olan polkovnik Əzizağa Süleymanov 4 iyun qiyamında da Gəncəyə göndərilən güc strukturun tərkibində olub.

 Moderator.az onun silsilə xatirələrinin təqdimatına başlayır:

15-16 may 1992-ci il tarixində Gəncə və Mingəçevir şəhərində verilən məlumatlara görə Surət Hüseynovla bərabər bir neçə tanınmış siyasi xadim  Rusiya müdafiə naziri Rəhim Qazievin yaxın dostu olan Qraçovun yaratdığı əlaqəyə əsasən keçmiş Sovet höküməti rəhbərlərindən biri ilə görüş keçirilmişdi. Görüşdə müzakirə mövzüsu Azərbaycan Respublikasının daxilində baş verən siyasi durumla bağlı olmuşdu. Bu məsələ ilə bağlı başqa bir toplantı 25-26 may 1993 cü il tarixində Bakıda hakimiyyətin apardığı siyasətdən narazı olan qüvvələr tərəfindən təşkil edilmişdi. Gəncədə Surət Hüseynovun başçılığı altında siyasi hərbi birlik adlanan bir qiyamçı qrupu dəstəkləyən, bu pərdə arxasında öz gələcək siyasi karyeryalarını düşünən bir dəstə adam, o cümlədən  Milli Qvardiya komandanlığına daxil olan iki yüksək vəzifəli zabit də “Bakı Soveti” metrosunun yaxınlığındakı inzibati binaların birində qiyamçı əhval ruhiyəli adamları dəstəkləyən siyasi bir qrumun təşkil etdiyi  gizli müşavirədə iştirak etmişdilər. Həmin müşavirədə bu şəxslərin qarşısında çox ciddi  məsələlər qoyulmuşdu. Bu haqda mənə məlumatı həmin toplantıda iştirak edən şəxslərdən biri vermişdi. 2-ci toplantı isə 31 may 1993-cü il tarixində Nazilər Kabinetində dövlət rəhbərliyi tərəfindən təşkil edilmişdi. Dövlət rəhbəriyi tərəfindən çağırılmış toplantıya baş nazir Pənah Hüseyn rəhbərlik edirdi və əsas güc strukturlarının rəhbərləri də dəvət olunmuşdu. Milli Qvardiya komandanı mərhum Tahir Məmmədov da orada iştirak etmişdi. Hər iki toplantıda müzakirə olunan məsələ Surət Hüseynovla bağlı bir-birinin əksinə olan məsələlər idi. Birinci ikinci gizli toplantlda dövlət çevrilişinə hazırlıq planı, üçüncü toplantıda isə bu dövlət çevrilişinə cəhd planının qarşısının alınması məsələsi müzakirə edilmişdi. Lakin hər üç toplantıda qaldırılan məsələlərdə bir-birini tamamlayan fikirlər də səsləndirilmişdi. Dövlət rəhbərliyi səviyyəsində bəzi məsələlərin müzakirə edilib, müdafiiə edilməsi güc nazirliklərinin rəhbərliyi arasında çaşqınlıq yaratmışdı. Milli Qvaridiya komandanı Tahir Məmmədovun simasında bu çaşqınlıq daha aydın şəkildə özünü büruzə verirdi. Toplantıdan sonra Milli Qvardiyanın şəxsi heyəti qarşısında Tahir Məmmədov çıxış edən zaman onun bəzi dövlət rəhbərlərinin ünvanına sölədiyi sözlər nəyinsə baş verə biləcəyindən  xəbər verirdi. Tabeçiliyində olan zabitlərin dövlətçilik əlehinə təşkil olunan gizli toplantılarda iştirak etmələrindən Tahir Məmmədovun xəbəri yox idi. Tabeçiliyində olan rəhbər vəzifəli zabitlərin hərəkətlərindən məlumatsız olması onun təcrübəsizliyindən, gənc olmasından irəli gəlirdi. Tahir Məmmədov  pak, təmiz, saf  bir insan idi. Müstəqil Azərbaycan dövləti  onun üçun hər şey demək idi. Əbülfəz Elçibəyi dəlicəsinə sevirdi. O, Əbülfəz Elçibəy ideyasının fanatı idi. Tahir Məmmədov tabeçiliyində olan insanlara inanır və hörmət edirdi.

        Dövlətçilik əleyhinə təşkil edilən toplantıda iştirak edən Milli Qvardiya zabitləri barəsində məlumatı mən 1993-çü ilin 31 may tarixində əldə etmişdim. Verilən məlumatın tam dəqiqliyini yoxlamaq  ücün vaxt lazım idi. Bu çox ciddi məlumat idi. Əldə etdiyim bu məlumatı Tahir Məmmədova demək istəyirdim, lakin onunla həmin gün görüşə bilmədim. Eşitdiyimə görə Tahir Məmmədovun həmin vaxtlarda  hansı məsələ ilə əlaqədarsa başı cox qarşıq olub. İki gün idi ki, işə çıxmırdı. Bəzi mənbələr onun Gədəbəyə getdiyini söyləyirdi. O, əslən Gədəbəy rayonundan idi. Bir də ki, Tahir Məmmədovla mənim aramda  xırda bir narazılıq əmələ gəlmişdi. Dövlət katibi Arif Hacılı mərhum Tahir Məmmədovdan 5 aprel 1993-cü il tarixində Füzuli rayonunda gedən döyüşlərdə göstərdiyim igidliyə görə Milli Məclisin sədri İsa Qəmbər tərəfindən verilmiş Milli Qəhrəman adının təqdimatını tələb etmişdi. Bu da Tahir Məmmədovla aramızda soyuqluğun yaranmasına səbəb olmuşdu. O, elə bilirdi ki, həmin təqdimatın ondan istənilməsını Arif Hacılıdan mən xahiş etmişəm. Halbuki Arif Hacılını Füzuli döyüşündən sonra görməmişdim. Hələ üstəlik Milli Qəhramanı adı mənə 9 aprel 1993-cü ildə Füzuli rayonuna döyüş bölgəsinə gələn  ölkə Prezidenti mərhum  Əbülfəz Elçibəy tərəfindən də verilmişdi. Təqdimatın yazılması  Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Əlibala oğlu Axundovun, Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirovun  yanında Milli Qvardiyanın elə həmin gün komandanı təyin edilmiş polkovnik-leytenant Tahir Məmmədova tapşırımışdı. Mənim Arif Hacılıdan xahiş etməyimə ehtiyac yox idi. Tahir Məmmədov öz əmri ilə mənə kapitan rütbəsi vermişdi. Milli Qəhrəman təqdimatının yazılmasını alay komandiri Elmar Hüseynova tapşırmışdı. Mən tam arxayın idim ki, bu barədə prezidentin fərmanı olacaq. Artıq Gəncə şəhərində Surət Hüseynovla əlaqədar siyası vəziyyət elə bir  həddə çatmışdı ki, heç təqdimat yada düşmürdü. Arada qısqanclıq, paxıllıq faktoru da var idi. Sonrakı illərdə Əbülfəz Elçibəy və İsa Qəmbər tərəfindən mənə verimiş Milli Qəhraman adı verilməsinin mətbuatda elan edilməməsinin səbəbi mənə bəlli olmuşdu. Sən demə, Milli qəhrəman adı eyni vaxtda mənə və Füzuli döyüş bölgəsinə gəlib müdafiə şəraitini yaradan Milli Məclisin sədri İsa Qəmbərə verilibmiş. İsa Qəmbər təvazökarlıq edərək öz adını fərmandan çıxartdırmaq istəyib. Buna gördə Əbülfəz Elçibəy tərəfindən verilmiş fərmanın mətbuatda elan edilməsi ləngidilmişdi.)

 

Gəncə şəhərində nə baş verəcəyini mən artiq hiss edirdim. Bu şəhərdə hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyindən az-çox məlumatım var idi.

       28 may 1993-cü il tarixində Müstəqillik günü yaxınlaşırdı. Milli Qvardiyanın şəxsi heyəti, o cümlədən Milli Qvardiya komandanı mərhum Tahir Məmmədov həvəslə bu bayramın təntənəli şəkildə qeyd olunmasına hazırlaşırdı. Xüsusi olaraq Milli Qvardiya alayının hərbi mükəlləfiyətli əsgərlərinin geyim formasının hazırlanmasında milli hərbi geyim atributlarının eskizləri hərtərəfli nəzərə alınmışdı. Geyim formaları hazırlamaq üçün xarici ölkələrin birindən çox bahalı qiymətə yun parçalar gətirilmişdi. Bakı şəhərində bu işə hərbi  paltarları tikmək üçün çox məşhur hərbi paltar tikən ustalar cəlb olunmuşdu. Qardaş Türkiyə ölkəsindən dəvət olunmuş hərbi mütəxəsislər hərbi mükəlləfiyətli əsgərlərlə gecə -gündüz təlim-məşq toplantısı keçirirdilər.

   Müstəqillik tarixində ilk dəfə idi ki, dövlət atributlarından biri olan Milli Qvardiya əsgərləri ilk dəfə olaraq milli geyim formasında 28 May müstəqilik günü münasibəti ilə hərbi paradda iştirak edəcəkdilər.

     31may 1993-cü il tarixində axşam təxminən saat 21-22 radələrində qvardiya üzrə həyəcan siqnalı verildi. Təcili olaraq şəxsi heyyətin toplanılıb döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə Milli Qvardiya komandanı Tahir Məmmədovun adından əmr verildi. Qısa hazırlıq yoxlanışından sonra şəxsi heyət həmin gün Gəncə-Şəmkir istiqamətində səhər yola düşmək üçün evə buraxıldı. Bu təcili toplanış barəsində heç kimə məlumat verilmədi. Alay komandiri səviyyəsində Şəmkir rayonunda hərbi təlim toplanışı keçiriləcəyi barədə məlumat verildi. Milli Qvardiyanın qərargah rəisi polkovnik- leytenant Taryel Nəsirovdan soruşanda ki, ezamiyyətə kimlər gedəcək, rusca cavab verdi ki, eta ne tvoya dela, toçno znayu tı ne poyediş. Qərargah rəisi Nəsirovun bu sözü mənə pis təsir etsə də dərinə getmədim. Çünki əslində hər şey aydın idi, artıq söz deməyin mənası yox idi. Taryel Nəsirovun xəyalına belə gələ bilməzdi ki, mənim onun və Elmar Hüseynovun dövlət əleyhinə təşkil olunmuş gizli toplantılarda iştirak etmələrindən xəbərim var. Milli Qvardiyanın Gəncəyə nə üçün getdiyini bəlkə də onlar mənə deməsələr də mən onlardan yaxşı bilirdim. Lakin Milli Qvardiya döyüşçülərinə rəhbərlik edən komandanlığın bu heyətdən ibarət olmasından şübhələnirdim. Şübhələrim də səbəbsiz deyildi. Onu dəqiq bilirdim ki, alay komandiri Elmar Hüseynov heç bir vaxt Surət Hüseynovun qiyamçı dəstəsinin üstünə getməyəcək. Məcburən getmək istəsə də cəsarəti çatmayacaq. Milli Qvardiya komandanı Tahir Məmmədovun həmin günlər milli Qvardiyanın Qərargahına nə səbəbdənsə gəlməməsi onların əlinə bir girəvə kimi düşmüşdü. Milli Qvardiya komandanının qərargahda olmamasından istifadə edən, özünü komandan kimi aparan komandan köməkçisi Məzahir Bağırovu isə istədikləri kimi aldadırdılar. Mənim Gəncəyə getməməyim onlar tərəfindən  çox düşünülmüş  bir plan idi...

1 iyun 1993 cü il tarixində başda Milli Qvardiya komandanının müavini qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirov olmaqla Milli Qvardiya alayının şəxsi heyyəti Milli Qvardiyanın xüsusi təyinatlı dəstə üzvləri ilə birlikdə Azərbaycan Respublikası prezidentinin 186 saylı sərancamına əsasən hərbi əməliyatlarda iştirak etmək üçün Gəncə-Şəmkir bölgəsinə səhər 7-00 da avtobuslarla yol düşmüşdülər...

 Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO