Ədalət Rəcəbov “Futbol+” qəzetinin məhv edilən əmlakından xəbərsizdir

Ədalət Rəcəbov “Futbol+” qəzetinin məhv edilən əmlakından xəbərsizdir

Hazırda oxunan: Ədalət Rəcəbov “Futbol+” qəzetinin məhv edilən əmlakından xəbərsizdir

46213

Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov “Futbol+” qəzetinin məhv edilən əmlakından xəbərsizdir. Moderator.az-a bu barədə qəzetin direktoru Cəsur Məmmədov məlumat verib. C.Məmmədovun sözlərinə görə, Ə.Rəcəbov məlum olaydan xəbərsiz olduğunu, fəqət məsələni araşdıraraq onlara məlumat verəcəyini bildirib:

“Mən Ədalət Rəcəbovla görüşən zaman ona qəzetin mülkiyyətində olan əmlakın BRİH əməkdaşları tərəfindən məhv edildiyini, baş verən hadisə nəticəsində qəzetin büdcəsinə 10 min manat məbləğində ziyan dəydiyini söylədim. Ə.Rəcəbov isə cavabında bildirdi ki, o, bu olaydan xəbərsizdir, lakin qısa zamanda hadisəni araşdırıb baş  verənlər haqqında qəzet rəhbərliyini məlumatlandıracaq”.

C.Məmmədovun sözlərinə görə, qəzet rəhbərliyi BRİH-nin məsələni obyektiv araşdıracağına və qəzetə dəyən ziyanı ödəyəcəyinə ümid edir.

Məlumat üçün qeyd edək ki, mayın 5-də BRİH-nin bir qrup əməkdaşı Rəfael adlı məmurun rəhbərliyi altında “Futbol+” qəzetinə məxsus olan Binəqədi rayonu Əcəmi-Naxçivani küçəsi 49 a-da yerləşən ünvana gələrək tikinti işlərinin dayandırılmasını tələb ediblər. İcra əməkdaşlarının tələbi yerinə yetirilsə də səhərsi gün xəlvətcə göstərilən ünvana gələn icra əməkdaşları inşası dayandırılan tikilini söküblər ki, nəticədə qəzetin büdcəsinə 10 min manat məbləğində ziyan dəyib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO