Moderator.az xəbər verir ki, cari ilin 15 may tarixində, saat 15:00 radələrində Xətai Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şura üzvü Eldəniz Quliyevlə VİP sədri arasında məhkəmə çəkişməsi olacaq. Ə.Əliyevin iddiası üzrə hazırlıq iclası keçiriləcək, irəli sürülən iddianın baxılıb-baxılmayacağı məlum olacaq.
Xatırladaq ki, bir müddət bundan öncə məhkəmə VİP sədrinin iddiasını əsassız sayaraq rədd etmişdir.
Məlumat üçün onu da qeyd edək ki, E.Quliyev Milli Şuranı yaradan və onun hazırkı rəhbərliyində təmsil olunan şəxslərdən biri olsa da, ona qarşı irəli sürülən məhkəmə iddiası ilə bağlı Milli Şura hələ də aydın və birmənalı mövqe sərgiləməyib. Məhz bu baxımdan yenidən gündəmə gələn məhkəmə çəkişmələri fonunda Mili Şuranın hansı mövqe sərgiləyəcəyi də maraq doğurur.


































































































