Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO

Hazırda oxunan: Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO
635432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib.

Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.

İştirakçılar layihələr üzərində işləyərkən Claude, Google Colab, Hugging Face, Ollama, Gradio və Streamlit kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.

Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.
 

Hakatonun sonunda fərqlənən iştirakçılar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 1
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 2
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 3
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 4
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 5
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 6
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 7
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirdi – FOTO - foto 8
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO