Cəmil Həsənli Kəmalə Bənənyarlıdan danışdı

Cəmil Həsənli Kəmalə Bənənyarlıdan danışdı

Hazırda oxunan: Cəmil Həsənli Kəmalə Bənənyarlıdan danışdı

45867

"May ayının 6-da NIDA-çı gənclərə oxunan qanunsuz hökmə etiraz edən Kəmalə Bənənyarlının həbsi və Nəsimi rayon polis idarəsində işgəncəyə məruz qalması, döyülüb təhqir edilməsi dövlət və millət adına həqarətdir". 

Moderator.az xəbər verir ki, bunu Milli Şuranın sədri  Cəmil Həsənli öz Facebook səhifəsində yazıb:

"Bu gün hakimiyyətin əsas media ruporlarından biri olan keçmiş “vicdan məhbusu” Azərbaycanı Şimali Koreyaya bənzədənlərə cavab olaraq yazmışdı: sizi ki, parçalayıb itlərin qarşısına atmırlar. Doğrudur, bizdə adamı parçalayıb itlərin qarşısına atmırlar, böyük sənətkar Nəsibə xanım demişkən “qara kopəyə əziyyət vermirlər”, amma son illərdə insanlıq haqqı istəyənlərin üzərinə Pxenyan köpəklərindən də betər gəlirlər. Əks təqdirdə, insanlıqdan zərrə qədər payı olan, içində vətən, millət və din adına bir şey gəzdirən, ən azından peşə namusu olan birisi iki uşaq anasına əl qaldırmazdı. Mən Kəmaləni ötən ilin payızından tanıyıram, seçki mitinqlərində öz fəallığı ilə seçilirdi. Bu mitinqlərin birindən sonra onun başının üzərində dalğalandırdığı Azərbaycan bayrağını uca tutması, yekəpər polisin həqarətlərindən üç rəngli bayrağı qoruması əslində namus məsələsi idi. Bu mücadilə, kölgəsinə sığındığımız bayrağın bir ana, bir qadın tərəfindən öz namusu kimi qorunması, müqəddəsləşdirilməsi idi. Hələ o zaman mən bu fədakar xanımın azadlıq ruhuna, bayrağa boyanmış millət sevgisinə baş əydim. Görünür bu hakimiyyət insanlıq adına olan hər şeyi unudur və bilmir ki, polis işgəncəsindən Kəmalənin sızlayan yaraları sağalacaq, lakin həmin sızıltıların ləkəsi bu hakimiyyətin korrupsiyaya bulaşmış cəmdəyində əbədi tüpürcək yerinə çevriləcəkdir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO