“Məni tanımadığını iddia etməklə Eynulla əslində nəyə qadir olduğunu nümayiş etdirdi”.
Bunu Moderator.az-a açıqlamasında Rusiya Prezident Admenistrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov jurnalis Eynulla Fətullayevin ötən gün Söyün Sadıqovu təhqir edərək, onu tanımadığını bildirməsinə münasibət bildirdi. Söyün Sadıqov onları tanış edən şəxsin adını və tanış olduqları məkanı da xatırlatdı:
“Bizi Eldar Namazov tanış etmişdi. Bu Moskvada “Pikadella” restoranının qarşısında olub. Mən onu Eldar Namazovun yanındaca qovmuşdum. O, fərasətlə yalan danışır. Ona görə də onun haqqında daha danışmaq istəmirəm. O kimin instruksiyasını icra edirsə, qoy etsin. Mənim heç vecimə də deyil. Tüpürüm onlara”.


































































































