26 yanvarda Azərbaycan Milliyətçi Demokratik (Bozqurd) Partiyasının təşkilat komitəsinin iclası keçirilib. Moderator.az xəbər verir ki, İclas Azərbaycan himni ilə başlayıb.
Daha sonra bu gün Daşaltı əməliyyatının ildönümü günü olduğuna görə, həmin döyüşdə şəhid olanlar 1 dəqiqəlik sükutla yad edildi, onların ruhuna fatihə oxundu. Əməkdaşımız yazır ki, Komitənin iclasının əsas məqsədi qurultaya hazırlıqdır.
Qərara alınıb ki, sentyabra qədər bütün rayonlarda partiyanın özəkləri yaradılsın və partiyanın nizamnaməsinə uyğun olaraq qurultay bundan sonra keçirilsin. Daha sonra sabiq daxili işlər naziri, Boz Qurd hərəkatının lideri İsgəndər Həmidovun irəli sürdüyü təkliflə özünü yandıran və anonim zənglə həyat yoldaşı və qızı intihar edən partiyanın üzvü olan Qarabağ qazisi haqqında bəyanat verildi.
Qeyd edək ki, partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsgəndər Həmidovdur.




































































































