İsgəndər Həmidov Boz Qurdları topladı-qurultay hazırlıqları başladı

İsgəndər Həmidov Boz Qurdları topladı-qurultay hazırlıqları başladı

Hazırda oxunan: İsgəndər Həmidov Boz Qurdları topladı-qurultay hazırlıqları başladı

40542

26 yanvarda Azərbaycan Milliyətçi Demokratik (Bozqurd) Partiyasının təşkilat komitəsinin iclası keçirilib. Moderator.az xəbər verir ki, İclas Azərbaycan himni ilə başlayıb. 

Daha sonra bu gün Daşaltı əməliyyatının ildönümü günü olduğuna görə, həmin döyüşdə şəhid olanlar 1 dəqiqəlik sükutla yad edildi, onların ruhuna fatihə oxundu. Əməkdaşımız  yazır ki, Komitənin iclasının əsas məqsədi qurultaya hazırlıqdır. 

Qərara alınıb ki, sentyabra qədər bütün rayonlarda partiyanın özəkləri yaradılsın və partiyanın nizamnaməsinə uyğun olaraq qurultay bundan sonra keçirilsin. Daha sonra sabiq daxili işlər naziri, Boz Qurd hərəkatının lideri İsgəndər Həmidovun irəli sürdüyü təkliflə özünü yandıran və anonim zənglə həyat yoldaşı və qızı intihar edən  partiyanın üzvü olan Qarabağ qazisi haqqında bəyanat verildi.

Qeyd edək ki, partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsgəndər Həmidovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO