Milli Şura ödənişli efir vaxtı almaq istəyir

Milli Şura ödənişli efir vaxtı almaq istəyir

Hazırda oxunan: Milli Şura ödənişli efir vaxtı almaq istəyir

34233

Prezident seçkisində Cəmil Həsənlinin namizədliyi ilə iştirak edən Milli Şura İctimai Televiziyadan ödənişli efir vaxtı almaq istəyir. Moderator.az-ın "Media forum" saytına istinadən verdiyi öəbərə görə, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Fəttah və vəkili Məcid Mərcanlı sentyabrın 23-də bu məqsədlə İctimai Televiziyada olublar.

Elman Fəttahın dediyinə görə, onlar bir saatdan çox gözləsələr də, müqavilə bağlaya bilməyiblər: “Bizə dedilər ki, kommersiya şöbəsinin müdiri yerində yoxdur. Axırda da bildirdilər ki, sabah gəlin. Məcbur olub geri qayıtdıq. Baxaq görək sabah nə olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO