Millət vəkili Qənirə Paşayeva Nabranda baş verən
dəhşətli hadisədə ayaqlarını itirən azyaşlı İmran Cəfərzadəni ziyarət edib,
onun səhhəti ilə maraqlanıb. Moderator.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili
facebook hesabında qeyd edib.
“Bu
gün səhər Nabranda baş verən hadisədə ayağını itirən iki yaşlı İmran
Cəfərzadəyə baş çəkdik. Anası, atası, Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi,
həkimlər xeyli söhbət etdik. İmranın xaricdə bütün müalicə xərclərini üzərinə
götürən dəyərli insanlara təşəkkür edirik. İmranın ailəsi üçün böyük bir dəstək
oldu və ailəyə bu xeyirxahlığı göstərənlərdən Allah razı olsun. İnşallah İmran
yüksək səviyyədə müalicə və əməliyyatları keçirib yaşıdları ilə oynayacaq
,sonra da anasının arzuladığı kimi hamı kimi məktəbə gedəcək. İmranın vəziyyəti
müsbətə doğru gedir və inşallah Allahın və xeyirxah insanların, həkimlərin
yardımı ilə daha da yaxşı olacaq”.
- A-
- A
- A+
Gündəm
13:18 / 24.07.2013
Qənirə Paşayeva İmranı ziyarət etdi
Hazırda oxunan: Qənirə Paşayeva İmranı ziyarət etdi
Hazırda oxunan: Qənirə Paşayeva İmranı ziyarət etdi
31124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































