2,2 milyon nəfər üçün yeni tədris ili BAŞLAYIR

2,2 milyon nəfər üçün yeni tədris ili BAŞLAYIR

Hazırda oxunan: 2,2 milyon nəfər üçün yeni tədris ili BAŞLAYIR

636657

Azərbaycanda sentyabrın 15-də 2026–2027-ci tədris ili başlayır. Yeni tədris ilində ölkənin müxtəlif təhsil pillələrində yüz minlərlə uşaq və gənc təhsil həyatının yeni mərhələsinə qədəm qoyacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan 2026–2027-ci tədris ilinə təqribən 2,2 milyon təhsilalanla qədəm qoyur.

Ən böyük kontingenti ümumi təhsil müəssisələrində təhsil alanlar təşkil edir. Belə ki, 1 milyon 600 minə yaxın şagird ümumi təhsil pilləsi üzrə təhsil alacaq.

2026–2027-ci tədris ili üzrə I sinfə 124 mindən çox uşaq başlayacaq.

Bundan əlavə, 260 min nəfər ali təhsil, 226 min nəfər isə məktəbəqədər təhsil üzrə təhsil alacaq.

Bu il həmçinin 59 mindən çox tələbə ilk dəfə universitet auditoriyasına qədəm qoyacaq. 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə nəticəsində 58 947 nəfər qəbul olunub. Boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə daha 390 nəfər ali məktəblərə qəbul edilib.

Beləliklə, ümumilikdə 59 337 nəfər ali təhsil müəssisələrinə qəbul hüququ qazanıb.

Fəridə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO