“Türklər hərbçilərimizə elə toplardan atəş açmağı öyrədir ki...” –  Düşmən üçün  “rəqəmsal xof”...

“Türklər hərbçilərimizə elə toplardan atəş açmağı öyrədir ki...” – Düşmən üçün “rəqəmsal xof”...

Hazırda oxunan: “Türklər hərbçilərimizə elə toplardan atəş açmağı öyrədir ki...” – Düşmən üçün “rəqəmsal xof”...

273612

Artıq bəlli bir müddətdir ki, Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi ənənə halını alıb. Hansı ki, 7-11 iyun tarixlərində birgə təlimlərin son mərhələsinin keçirilməsi planlaşdırılır ki, bu təlimlərə 5 min nəfər hərbi qulluqçunun qatılacağı bildirilir.

Azərbaycan və Türkiyə arasında keçirilən birgə təlimlər Ermənistan tərəfindən böyük qorxu və həyəcanla izlənməkdədir.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, türk və Azərbaycan hərbçilərinin həyata keçirdiyi top atışları düşməni xüsusilə qorxuya salıb. Buna səbəb təlimlərdə müasir toplardan dəqiq atəşlərin həyata keçirilməsi olub.

Təlimlərdə müasir hərbi texnologiyanın ən son nailiyyətlərindən hesab edilən rəqəmsal toplardan istifadə edildiyinə diqqət çəkən erməni mediası, bunu Ermənistan üçün böyük təhlükə kimi dəyərləndirib. Düşmən mediasında qeyd olunub ki, türklərin Azərbaycan hərbçilərinə rəqəmsal toplardan istifadənin incəlikləri haqqında məlumat verməsi, bu silahdan istifadəni real atışlar vasitəsi ilə öyrətməsi Ermənistan üçün ciddi təhlükədir. Düşmən mətbuatı hesab edir ki, Azərbaycan hərbçilərinin bu toplardan istifadəsi mümkün ərbi qarşıdurma zamanı Ermənistan ordusu üçün faciəvi nəticələrə səbəb ola bilər. Odur ki, erməni mediası indidən rəsmi İrəvanı həyəcan təbili çalmağa səsləyib.

xa0

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO