xa0Qəsbkar ölkənin tələbələri Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Şuşa şəhərində təcrübə keçməyə başlayıblar.

Moderator.az-ın Xankəndindəki separatçı nəşrlərə istinadla verdiyi xəbərə görə, Ermənistanın Tavuş və Sevan texniki dövlət kolleclərinin 20 tələbəsi Şuşa şəhərindəki müasir standartlara uyğun texniki peşə məktəbində günəş su qızdırıcılarının quraşdırılması üzrə təlim keçirlər. Treninqlər ümumerməni “Hayastan” fondu tərəfindən maliyyələşdirilir.

P.S. Biz daha susuruq: nöqtələrin yerini özünüz doldurun...
Sultan Laçın











































































































