
- A-
- A
- A+
Partiya sədrindən Qarabağla bağlı ümidsiz PROQNOZ
2018-ci il başa çatmaq üzrə olsa da, təəəssüf ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi bu il də öz həllini tapmadı. Bəs 2019-cu ildə bu problemin öz ədalətli həllini tapması ehtimalı varmı? Bu ilin reallıqları konteksində gələn il Qarabağ probleminin həlli nə dərəcədə real görsənir?
Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə vəziyyətin o qədər də ümidverici olmadığını qeyd etdi. Partiya sədrinin fikrincə, problemin gələn il də həlli o qədər də real görünmür:
“2019-cu ilə bugünkü situasiyadan baxanda Ermənistan-Azərbaycan konfiliktinin həlli üçün heç bir perspektiv görünmür. Çünki regiondakı münasibətlər, Rusiyanın yeri və rolu – bütün bunlar onu diktə edir ki, 2019-cu ildə də proses konservləşdirilmiş səviyyədə saxlanılacaq, problem həll olunmayacaq. Hə halda bu günün prizmasından baxanda görünən budur”.
xa0
Seymur ƏLİYEV
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































