Hacıyeva yenidən dünyanın gündəmində
  - Bu dəfə bahalı itiylə +Foto

Hacıyeva yenidən dünyanın gündəmində - Bu dəfə bahalı itiylə +Foto

Hazırda oxunan: Hacıyeva yenidən dünyanın gündəmində - Bu dəfə bahalı itiylə +Foto

245510
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva yenidən dünya mediasının gündəmindədir.

İngiltərənin “Daily Mail” nəşri son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləyən Hacıyevanın iti ilə çıxdığı gəzintinin xərcinin hesablayıb. Qəzetin fotoqrafları villasının qarşısında itini gözdirən Hacıyevanın fotolarını çəkiblər.xa0

Belə ki, Z.Hacıyeva gəzinti üçün dəyəri 10 min funt sterlinq (təxminən 14.151 AZN ) olan “Hermes” çantası taxıb.xa0

Xanımın taxdığı “Gucci Ace” brendinə məxsus idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1360 AZN).

“Gucci” brendinə məxsus idman şalvarının qiyməti 290 funt sterlinq (təxminən 1153 AZN).

“Miu Miu” günəş eynəyi isə 290 funt sterlinq (təxminən 631 AZN) dəyərindədir.xa0

Nəşri itin qiymətini də hesablayıb. Belə ki, Hacıyevanın itinin dəyəri təxminən 21 770 AZN-dir. 55 yaşlı Hacıyeva ev heyvanına altı ildə təxminən 20 min AZN xərcləyib. (Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO