Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş  - Foto

Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş - Foto

Hazırda oxunan: Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş - Foto

226503
Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlu vəfat edib.xa0

47 yaşlı İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.xa0

İ. Abdullayevin cənazəsi bu gün günorta saat 2-də Nardaran qəsəbəsində yerləşən evindən götürüləcək. O, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.xa0

Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.(Qafqazinfo)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO