
- A-
- A
- A+
Gündəm
11:53 / 16.01.2018
1 dəq oxunma
SOCAR Mübariz Mənsimovun gəmiləri ilə bağlı məlumatlara aydınlıq gətirdi
Hazırda oxunan: SOCAR Mübariz Mənsimovun gəmiləri ilə bağlı məlumatlara aydınlıq gətirdi
208368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
SOCAR Mübariz Mənsimov və ya “Palmali”x9d Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir görməyib.
Moderator.az-ın xəbərinə görə, bunu “APA-Economics”x9din sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın “Palmali”x9d Şirkətlər Qrupuna məxsus 14 gəmini müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.
“Palmali”x9d şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir:
“SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”x9d.
Qeyd edək ki, dünən bəzi Türkiyə media orqanları SOCAR şirkətinin öz zavod və müəssisələrinə “Palmali”x9d gəmilərinin daxil olmasına qadağa qoyması barədə məlumat yayılıb. Məlumatda “Palmali Dənizçilik Şirkəti”x9dnin SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisinin müsadirə edildiyi bildirilib. Məlumatda həmin gəmilərin SOCAR-ın balansına keçərək yeni gəmiçilik şirkətinin yaradılması da öz əksini tapıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































