- A-
- A
- A+
Повестка дня
15:40 / 08.01.2018
2 dəq oxunma
Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”x9d
Hazırda oxunan: Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”x9d
207191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
UNEC İctimai Nəzarət Şurasının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.
Universitetin mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Şura üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr”x9d Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend”x9d İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azərbaycan Milli İnkişaf layihəsi”x9d İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Gənclər, Elm və Təhsil”x9d departamentinin direktoru Rauf Rəcəbov, “Səs”x9d İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern”x9d Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər”x9d İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”x9din müxbiri Sevinc Qarayeva imtahan prosesinin gedişini müşahidə etdikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.
Görüşdə millət vəkili H.Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb. A.Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edərək, sessiya dövründə “Qaynar xətt”x9d xidmətinin İctimai Nəzarət Şurasına həvalə edilməsini də böyük etimad adlandırıb. Sessiya dövründə keçirilən “Açıq qapı”x9d günlərində şura üzvlərinin iştirakını mühüm amil adlandıran S.Məmmədov bir görüşün tamamən onların təşkil etməsi təşəbbüsünü də alqışlayıb. Ə.Nuriyev şura üzvlərinin mütəmadi olaraq Radio UNEC-də də müraciətləri cavablandıra biləcəyini diqqətə çatdırıb. E.Əliyev yay imtahan sessiyasında 600 tələbə arasında aparılan sorğunun effektivliyindən söz açıb. UNEC-in rektorunun göstərişi ilə sorğuda qaldırılan aktual məsələlərin həll olunduğunu bildirib.
Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərəcək. Üzvlər yekdilliklə Etibar Əliyevin şuraya koordinator seçilməsini təklif ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































