Müəllif Hüquqları Agentliyi olaraq “Moderator.az”x9d saytında 09 oktyabr 2017-ci il tarixində dərc edilmiş “Müəllifi göstərmədən hansısa xəbəri vermək müəllif hüquqlarının oğurlanmasıdır”x9d başlıqlı məqalədə göstərilənlərlə razıyıq, əgər həmin xəbər müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq müəlliflik hüququ ilə qorunan obyektlər sırasına daxil olsun.xa0
Müvafiq qanunvericiliyə əsasən xəbərlər o zaman müəlliflik hüququnun obyekti olur ki, informasiya xarakterli xəbər çərçivəsindən çıxır, yəni özündə şərhləri, təhlilləri əks etdirərək yaradıcılıq məhsuluna çevrilir və artıq belə məlumat məqalə kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”x9d Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müəlliflik hüququ ilə qoruna bilər.
Əgər jurnalist hər hansı bir hadisə və yaxud xəbər haqqında araşdırma aparıb və bu araşdırma nəticəsində özünün şərhləri, təhlilləri, subyektiv fikir və mülahizələri ilə zənginləşdirilmiş bir məqalə hazırlamışdırsa, artıq bu məqalə yaradıcılıq məhsulu kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”x9d Qanunun 6-cı maddəsində göstərilən “müəlliflik hüququ olan əsərlər”x9d sırasındadır və müəlliflik hüququ ilə qoruna bilər.
Bildiririk ki, informasiyanın müxtəlif növləri, əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalar vardır. Ümumi istifadə üçün açıq olanlara “günün yenilikləri”x9d, “müxtəlif hadisə və faktlar haqqında informasiya xarakterli məlumatlar”x9d və s., alınması məhdudlaşdırılan informasiyalara isə “kommersiyaxa0 və ya xidməti sirr”x9d, “dövlət sirri”x9d, “şəxsi (şəxsi və ailə) sirr”x9d və sairə məlumatlar aiddir. Alınması məhdudlaşdırılan informasiyaların qorunması müvafiq qanunlar ilə tənzimlənir.
Ümumi istifadə üçün açıq olan günün yenilikləri, müxtəlif hadisə və faktlar haqqında informasiya xarakterli məlumatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”x9d Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müəlliflik hüququ ilə qorunmayan obyektlər sırasına daxildir və belə məlumatlar müəlliflik hüququ ilə qorunmur.
Müəllif-hüquq obyektləri özü-özlüyündə informasiyanın müəyyən növü olmaqla, informasiyadan, xüsusən ilkin informasiyadan ciddi surətdə fərqlənirlər. İlkin informasiya “xəbərlər formatı”x9d da adlanır, yəni faktlar, hadisələr, olaylar haqqında informasiya xarakterli bildirişlərdir və bu informasiya yaradıcılıq əlaməti olmayan məlumatlardır.xa0
Əgər hansısa agentlik xəbərləri mənimsəyirsə və onları özünün məhsulu kimi qələmə verirsə, deməli, həmin informasiya agentliyi özgə əməyini mənimsəyir, rəqiblərin məhsulundan qeyri-qanuni istifadə edir və buna görə “Haqsız rəqabət”x9d haqqında Qanuna müvafiq olaraq məsuliyyət daşıyır.xa0
Müəllif Hüquqları Agentliyi
11.10.2017



























































































