Azərbaycan manatının ilk eskizini HAZIRLAYAN:  “Bu, dünyaya mesaj idi”x9d

Azərbaycan manatının ilk eskizini HAZIRLAYAN: “Bu, dünyaya mesaj idi”x9d

Hazırda oxunan: Azərbaycan manatının ilk eskizini HAZIRLAYAN: “Bu, dünyaya mesaj idi”x9d
188277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün Azərbaycan manatının 25 yaşı tamam olur.Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılıb.
xa0
Azərbaycanın ikinci prezidenti xa0Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb.
İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
xa0
Modern.az saytı Azərbaycan manatının ilk eskizlərinin müəllifi xa0Eldar Mikayılzadə ilə əlaqə saxlayıb.xa0
xa0
Eldar Mikayılzadə 25 il bundan əvvəl elan olunan konkurs zamanı eskizlərinin yer tutduğunu öyrəndiyini deyib.
xa0
“O vaxt kiçik konkurs elan olundu. Mən də eskizlərimi təqdim etdim. Dövlət Komissiyası eskizlərimi bəyənib məni dəvət etdi və eskizlərim ilk manatımızın üzərində öz əksini tapdı. Təbii ki, bir çox insan eskizlərini təqdim etmişdi. Həm də bizə heç kəsin eskizləri göstərilmirdi.
xa0
Xəbərsiz idik. Sonra məni dəvət etdilər ki, bunu siz edin. İş prosesində hər şey dəyişdi. Həmin vaxt ölkədə maliyyə problemləri vardı.
xa0
Həmin vaxtlar Milli Bankın sədri Qalib Ağayev, baş nazir isə Həsən Həsənov idi. İlk eskizlərin hazırlanması Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı dünyaya verdiyi mesaj idi. O vaxt SSRİ-dən ayrılmış respublika üçün bu böyük hadisə idi. Heç də müstəqil valyutanı dövriyyəyə buraxmaq asan məsələ deyildi. Azərbaycan bu məsələdə də ilklərdən olmuşdu”x9d.
Eldar Mikayılzadə ilk eskizlərin üzərində olan dahi şəxsiyyətlərdən də söz açıb.
xa0
“İlk eskizlərin arasında Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Füzuli, Mirzə Ələkbər Sabirin şəkli vardı. Lakin maliyyə problemləri olduğundan şəkillərin sayını azaltdılar.
Nəhayət iki şəklin üzərində-Məhəmməd Əmin Rəsulzadə və Nizami Gəncəvidə dayandılar. İlk eskizlərimdə Azərbaycanın bölgələri- floradan tutmuş faunaya qədər xa0əhatə olunmuşdu. Qeyri-adi bir gözəl mənzərə alınmışdı. Lakin maddi imkana görə bu, sadələşdirildi”x9d.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO