Məlum olduğu kimi, Azərbaycan zaman-zaman təbii-humanitar fəlakətlə üzləşən bir çox dövlətə yardım göstərib. Son belə yardım Afrika qitəsindəki Cibuti Respublikasına edilib. Lakin nə qədər qəribə də olsa Güney Azərbaycanda bir neçə gün öncə baş verən fəlakətlə bağlı rəsmi Bakı heç bir hərəkətlilik nümayiş etdirmir.
Maraqlıdır, Azərbaycanın Güneydəki soydaşlarımıza da humanitar yardım göstərməsi məqsədəuyğun olmazdımı? Cibutiyə əl uzadıb Güney Azərbaycanla bağlı susqunluq sərgiləmək nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən fəlsəfə doktoru Eldəniz Abbaslıxa0Azərbaycanın Güneydəki soydaşlarımıza yardım göstərməsinin zəruri olduğunu vurğuladı:
“Tamamilə doğrudur. Azərbaycan hər zaman öz humanintliyi ilə seçilib, təbii fəlakətə məruz qalan dövlətlərə öz köməyini göstərib. Bilindiyi kimi, bu günlərdə Güney Azərbaycanda da sel fəlakəti baş vermiş, yüzlərlə insan bu fəlakət nəticəsində ölmüş, itikin düşmüşdür. Nəzərə alsaq ki, Güney Azərbaycan Bütöv Azərbaycanın bir parçasıdır və orda yaşayan xalq bizim soydaşlarımızdır, yardım əli uzatılmaq borcumuz idi. Ancaq nəzərə alaq ki, Güney Azərbaycan müstəqil dövlət deyil. Ora hər hansı dövlət yardımı edilməsi üçün İran islam Respublikasının müraciəti və ya icazəsi lazımdır”x9d.
xa0
Seymur Əliyev






































































































