Azərbaycanda avtobus sərnişin daşımaları ilə bağlı sürücülərə qoyulan tələblər dəyişdirildi. Yeni tələblərə əsasən 65 yaşdan yuxarı şəxslərin avtobus sürücüsü olması qadağan edildi.
Maraqlıdır, bu yaş həddinin seçilməsi hansı əsaslara söykənir? Əgər yol hərəkəti qaydalarının pozulmasıyla bağlıdırsa, yaşlı sürücülər gənclərlə nisbətdə daha az qəza törədirlər. Elə sərnişinlərimiz öz həyatlarını kifayət qədər təcrübəyə malik olan bir qədər yaşlı sürücülərə etibar etməyi üstün tutur. Bəs o zaman belə bir qərarın qəbul edilməsi nə ilə əsaslanır? Yeni qərarın müsbət xa0və ya mənfi mənada nə kimi nəticələri gözlənilir?xa0
Moderator.az-ın mövzu ilə bağlı suallarına hüquqşünas Ərşad Hüseynov aydınlıq gətirib.
Ə.Hüseynov yol hərəkəti qaydalarında belə bir dəyişikliyin edilməsinə xa0ehtiyac görmədiyini bildirib:xa0
“Yeni tələblərdə əsas hədəf yaş məsələsi götürülüb. Hesab edirlər ki, yaşlı sürücülər daha çox səhv edə bilərlər, sağlamlıqlarında yaranmış hər hansı problemə görə sərnişinlərin həyatını riskə ata bilərlər. Amma hər bir halda bu yanaşma, yol hərəkət qaydalarında bu cür dəyişiklik etmək lazımsızdır. Çünki avtobus sürücülərini işə avtobus şirkətləri qəbul edir və bu zaman onların sağlamlığı yoxlanılır. Sağlamlığında heç bir problem olmayan sürücülər işə götürülür, kimin ki, sağlamlığı iş rejiminə uymağa imkan vermir onu işə götürmürlər. Ona görə də yol hərəkəti qaydalarında belə dəyişiklik etməyə ehtiyac yox idi”x9d.xa0
Hüquqşünas yeni qaydanın əksinə müxtəlif lazımsız problemlər yaradacağını da vurğulayıb:xa0
“Sadəcə olaraq bizdə belə bir yanaşma var ki, haradasa varsa, bizdə də olsun. Nəyi dəyişmək lazımdır, necə dəyişmək lazımdır barəsində heç bir hesablama aparılmır, xa0meyarlar nəzərə alınmır. Bu yeni qayda əksinə olaraq lazımsız bir problem də yaradacaq. Tutaq ki, 65 yaşını keçmiş bir insanın şəxsi mikroavtobusu var və öz ailəsini, öz nəvələrini ora-bura aparıb gətirir. Bundan sonra həmin adam da öz mikroavtobusunu sürüb nəvələrini daşıya bilməyəcək”x9d.xa0
Ekspert “İşdən kənarlaşdırılan sürücülərin yerinə işə götürülən cavan sürücülərə xüsusi təlimlər keçiriləcəkmi?”x9d sualımızı da cavablandırıb:
Qanunda nəzərdə tutulub ki, sərnişin daşımalarına cəlb olunan bütün sürücülər, hətta taksi sürücüləri də xüsusi təlim keçməlidirlər. Ondan sonra onların sürücü kimi işlə təmin olunması məsələsinə baxılmalıdır. Ancaq indiyə qədər o təlim ancaq kağız üzərində həyata keçirilib. İndi isə Bakı nəqliyyat agentliyi belə bir təlim mərkəzi yaratmağa çalışır. Hələ ki, tam formalaşmayıb. Yaxın gələcəkdə, hardasa bir neçə aya bu baş tuta bilər.xa0
Baku Bus hazırda yaşındna asılı olmayaraq öz sürücüləri üçün belə təlimləri keçir. İşə götürülən sürücünün 50 yaşı olsa belə mütləq həmin təlimi keçməlidir. Bakı nəqliyyat agentliyi də Bakı Busun keçirdiyi həmin təlimləri bütün Bakı şəhəri üçün tətbiq etməyə çalışır. Ancaq respublikanın müxtəlif yerlərində bu təlimlər ancaq kağız üzərində qalır”x9d. xa0
Rumiyyəxa0

































































































